• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması mövzusunda müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin mütəxəssisləri tərəfindən Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Qarabağlar kəndində heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə “Qaramalın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanmanın tətbiqinin genişləndirilməsi və səmərəliliyinin artırılması” mövzusunda müşavirə keçirilib.

Müşavirəni Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Şahhüseynov açaraq tədbirin  əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin direktoru Yusif Qurbanov süni mayalanma tədbirlərinin aparılmasının təsərrüfatlarda məhsuldarlığın artırılmnasındakı rolundan danışaraq bildirib ki, əsas məqsəd  mövcud iribuynuzlu heyvanların yüksək məhsuldar damazlıq törədicilərindən alınmış toxumla süni mayalanmanın tətbiq olunması, yerli qaramal cinslərinin cins tərkibini dəyişməklə ət və süd məhsullarına olan tələbatın  ödənilməsidir. Süni mayalanmadan alınan balalar fizioloji yetişkənlik dövrünə çatdıqda məhsuldarlıq istiqamətindən asılı olaraq məhsuldarlıq göstəriciləri yerli cinslərdən olan malların məhsuldarlıq göstəricilərindən  yüksək olur. Bu göstəricilərin yüksəlişi  2-ci və 3-cü nəsildə davam edir. Süni  mayalanmanın tətbiq olunması  zamanı təsərrüfat sahiblərinin  təsərrüfatında  əlavə törədici saxlamağa ehtiyac olmur və təbii yolla mayalanma zamanı yayılmış xəstəliklərin qarşısı alınmış olur. 

Mərkəzin seleksiyaçı zootexniki Məmməd Məmmədov ana malların  düzgün  yemləndirilməsinin  qısırlığın aradan qaldırılması və yeni doğulmuş balaların sağlam inkişafına təsiri mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada  heyvandarlıq məhsullarının artırılması üçün əsas  şərtlərdən  biri də qısırlığın aradan qaldırılması və yeni doğulmuş balanın yaşam qabiliyyətinin yüksədilməsidir. Bunun üçün heyvanların balavermə qabiliyyətinin  yaxşılşdırlmasında  əsasən  yüksək keyfiyyətli yemlərdən və tərkibində 60-65% karotin olan ( yonca otu, keyfiyyətli quru ot ) qüvvəli-şirəli yemlərdən istifadə etmək vacibdir. Həmçinin  düzgün yemləndirmə heyvanlardan alınan balanın çəkisinə təsir edir. Belə ki,  yaxşı yemləndirilən  heyvanlardan alınan  balanın diri çəkisi 30-32 kq, zəif yemlə yemləndirilən  heyvanlardan alınan balanın  diri çəkisi isə 19-20 kq olur. Bütün bunları nəzərə alaraq  heyvanlarda  ilboyu, xüsusilə sağmal inəklərdə laktasiyanın  ilk 2 ayında  keyfiyyətli yemlərlə yemlənməni təmin etmək lazımdır.

Mərkəzin laborantı Nuridə Rzayeva törədicilərdən toxumun alınması və qablaşdırılması zamanı toxumun keyfiyyət və sağlamlığının qorunması haqqında danışaraq bildirib ki, süni mayalanma işlərinin kəmiyyət və keyfiyyəti eləcə də, onun səmərəli nəticəsi əsasən baytarlıq sanitariya və zoogigiyenik qaydalara necə riayət olunmasından çox aslıdır. Süni Mayalanma Mərkəzində damazlıq törədicilərdən toxumun alınması, yoxlanılıb poyetlərə doldurulması və dərin dondurulub toxum bankında yerləşdirilməsi zamanı bütün zoogigiyenik qaydalara əməl olunur. Toxum alma sahəsində və laboratoriyada istifadə olunan əşyalar sterilizasiya aparatında nəzərdə tutulmuş temperatura qədər isidilib, sterilizasiya olunur. Toxumun alınmasında, saxlanılmasında və tətbiqində işlədilən bütün alət və əşyalar təmiz, quru və dezinfeksiya edilmiş şəkildə bağlı şkaflarda saxlanılır.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi