• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçıların iştirakı ilə növbəti müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Arıçıları” İctimai Birliyinin əməkdaşları Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Qaraxanbəyli kəndində arıçılıqla məşğul olan sahibkarların iştirakı ilə “Arıçıların yaz qayğıları və arı ailələrinə zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti” mövzusunda növbəti müşavirə keçiriblər.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev açaraq arıçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək “2017- 2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı’nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Mütəxəssis həmçinin arıçılığın zoobaytar qaydaları əsasında inkişaf etdirilməsi, ilkin yaz mövsümündə arılara qulluq məsələlərini önə çəkib. Vurğulanıb ki, arıçılıq mövsümü praktik olaraq, arı ailələrinin qışlamadan çıxarılmasından sonra başlayır. Muxtar respublikada yazda arı ailələrini qışlama yerlərindən qışlama şəraitindən asılı olaraq müxtəlif vaxtlarda çıxarırlar. Əgər qışlama normal keçibsə, pətəkdə ölmüş arılar azdırsa, arılar sakitdirlərsə və ishal əlaməti yoxdursa, yem ehtiyatı və yemin keyfiyyəti arının tələbatına cavab verirsə arıxananı qışlamadan çıxarmağa tələsmək lazım deyil. Pətəklər havanın temperaturu +12°C olduqda qışlama yerlərindən çıxarılmalıdır. Bu vaxt arını çıxarmaq ona  görə yaxşıdır ki, eyni vaxtda  tozlu və ballı bitkilər çiçək açır. O hallarda ki, qışlama zəif yem ehtiyatı ilə və ya şirə balı ilə qarışıq yemlərlə başlayıb, arılar narahatdırlarsa güclü səs salırlarsa və pətəyin uçuş taxtası və ya ön divarı ilə sürünərək onu ishal ilə bulaşdırırlarsa arıxananı qışlamadan çıxarmağı gecikdirmək olmaz. Qışlamadan çıxarılmazdan əvvəl arıxana yerləşən ərazidə arıların təmizləyici uçuşu həyata keçirməsi üçün hazırlıq işləri aparmaq lazımdır.

Müşavirədə İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Ziyad Abbasov yaşıllaşdırma işlərində bal yığımı mənbəyi hesab olunan ağac və kol bitkilərinin əkinlərinin genişləndirilməsindən, Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Hüseyn Məmmədov arıxanalarda aparılacaq baytarlıq tədbirlərinin əhəmiyyətindən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Habil Nemətov arıçılıq məhsullarının sertifikatlaşdırılmasının əhəmiyyətindən, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Əlövsət İbrahimov arıçılıqda əldə olunan yeniliklərdən, Naxçıvan Dövlət Universitetinin dosenti Yunis Rüstəmov arıcılığın elmi əsaslarla inkişaf etdirilməsindən,  Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsinin əməkdaşı Tural Əliyev arı ailərinin sığortalanmasının üstünlüklərindən  və “Naxçıvan Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən bəhs ediblər.

Sonda mütəxəssislər arıçı sahibkarları maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim ediblər.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi