• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçı sahibkarların iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsinin və “Arıçılar İctimai Birliyi”nin əməkdaşları Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndələri  ilə birlikdə Çalxanqala kəndində arıçılıqla məşğul olan sahibkarların iştirakı ilə  “Arıçıların yaz qayğıları və arı ailələrinə zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti” mövzusunda müşavirə keçiriblər.

Müşavirəni Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov açaraq  bildirib ki, son illər rayonda arıçılığa maraq xeyli artıb. Göstərilən dövlət qayğısının sayəsində rayonumuzda da  arı ailələrinin sayı çoxalıb. Hər il istehsal edilən tonlarla bal və digər arıçılıq məhsulları müxtəlif ticarət şəbəkələrinə, bazar və yarmarkalara çıxarılıb satışı təşkil edilir. Bunun da müqabilində arıçı sahibkarların qazancı artır, ailə büdcələri zənginləşir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək “2017- 2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı’nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Mütəxəssis həmçinin arıçılığın zoobaytar qaydaları əsasında inkişaf etdirilməsi, ilkin yaz mövsümündə arılara qulluq məsələlərini önə çəkib. Vurğulanıb ki, arıçılıq mövsümü praktik olaraq, arı ailələrinin qışlamadan çıxarılmasından sonra başlayır. Muxtar respublikada yazda arı ailələrini qışlama yerlərindən qışlama şəraitindən asılı olaraq müxtəlif vaxtlarda çıxarırlar. Əgər qışlama normal keçibsə, pətəkdə ölmüş arılar azdırsa, arılar sakitdirlərsə və ishal əlaməti yoxdursa, yem ehtiyatı və yemin keyfiyyəti arının tələbatına cavab verirsə arıxananı qışlamadan çıxarmağa tələsmək lazım deyil. Pətəklər havanın temperaturu +12°C olduqda qışlama yerlərindən çıxarılmalıdır. Bu vaxt arını çıxarmaq ona  görə yaxşıdır ki, eyni vaxtda  tozlu və ballı bitkilər çiçək açır. O hallarda ki, qışlama zəif yem ehtiyatı ilə və ya şirə balı ilə qarışıq yemlərlə başlayıb, arılar narahatdırlarsa güclü səs salırlarsa və pətəyin uçuş taxtası və ya ön divarı ilə sürünərək onu ishal ilə bulaşdırırlarsa arıxananı qışlamadan çıxarmağı gecikdirmək olmaz. Qışlamadan çıxarılmazdan əvvəl arıxana yerləşən ərazidə arıların təmizləyici uçuşu həyata keçirməsi üçün hazırlıq işləri aparmaq lazımdır.

Müşavirədə İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Rəsul Məmmədov, Dövlət Baytarlıq Xidmətinin şöbə müdiri Fariz Şıxəliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Habil Nemətov,  Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsinin əməkdaşı Musa Hüseynov və Arıçılar İctimai Birliyinin sədri Etibar Məmmədov arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən, yaşıllaşdırma işlərində bal yığımı mənbəyi hesab olunan ağac və kol bitkilərinin əkinlərinin genişləndirilməsindən, arıçılıq məhsullarının sertifikatlaşdırılmasının əhəmiyyətindən və arı ailərinin sığortalanmasının üstünlüklərindən bəhs ediblər.

Sonda mütəxəssislər ançı sahibkarları maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim ediblər.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi