• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Dövlət Universitetinin tələbələrinə təcrübə dərsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsularının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasının III kurs tələbələrinə Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin əkin sahələrində təcrübə dərsi keçib.

Dərs zamanı tələbələrə meyvə və üzüm bağları salınarkən aqrotexniki tədbirlərin aparılması qaydaları haqqında məlumat verilib.

Qeyd olunub ki, meyvə və üzüm bağlarından yüksək məhsul əldə olunması üçün yazın əvvəlində meyvə ağaclarında və üzüm tənəklərində quru budaqlar kəsilərək kənara çıxarılmalıdır. Ağacların dibləri yumşaldılmalı, gövdələri ağardılmalı, cərgəaraları kultivasiya olunduqdan sonra sahələr suvarılmalıdır. Üzüm tənəklərində budama tədbirləri aparılarkən yeni üzüm sahələrinin salınması üçün qələmlər tədarük olunmalıdır. Həmçinin tələbələrə meyvə və üzüm bağlarında müşahidə olunan xəstəlik və zərərvericilər haqqında məlumat verilib və onlara qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması qaydaları əhraflı izah olunub. 

Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.    

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi