• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Süni Mayalanma Mərkəzində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə mühazirə oxunub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlı işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi Umar Şükürlü Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq ixtisasının tələbələrinə “Heyvandarlıqda süni mayalanmanın üstünlükləri” mövzusunda mühazirə oxuyub.

Mütəxəssis vurğulayıb ki, süni mayalanmanın aparılmasında  əsas məqsəd qiymətli törədicilərdən maksimum dərəcədə istifadə etməklə, heyvanların damazlıq keyfiyyətini qısa müddətdə yaxşılaşdırmaq, qısırlığı ləğv etmək, təbii cütləşmə zamanı baş verə biləcək xəstəliklərin qarşısını almaqdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması və qısırlığın aradan qaldırılması üçün dünya praktikasında ən mütərəqqi biotexnoloji üsul hesab olunan süni mayalanma tədbirləri iqtisadi cəhətdən çox əhəmiyyətli olub, damazlıq-seleksiya işlərinin əsasını təşkil edir. Sahibkarlar öz təsərrüfatlarında yetişdirdikləri ana mallara süni mayalanma metodunu tədbiq edərək, heyvanların cins tərkibinin yaxşılaşdırar, qısırlığı minumuma endirər, mal qaranın cins tərkibini yaxşılaşdıraraq yüksək məhsuldar cinslər əldə etmiş olarlar.

Qeyd olunub ki, süni mayalanma zamanı təbii cütləşmə ilə yayılan təhlükəli xəstəliklərin (brusellyoz, vibrioz, trixomonoz, kompilo- bakterioz və s.) qarşısı alınır.

Tələbələr Süni Mayalanma Mərkəzinin laboratoriyasındakı cihazlarla yaxından tanış olub, toxumun alınmasından, qablaşdırılmasına qədər olan bütün  mərhələləri əyani olaraq izləyiblər.

Sonda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi