• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Tarla seminar-müşavirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları tərəfindən Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə rayonun Sədərək kəndində təsərrüfat sahiblərinin iştirakı ilə “Əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzusunda  tarla-seminar müşavirəsi keçirilib.

Müşavirəni Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Natiq Əliyev açaraq son  illərdə rayonda əkin dövriyyəsinə yeni torpaqların qatılmasından və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Nazirliyin əməkdaşları Bəhruz Qasımov və Yaşar Quliyev mövzu ətrafında çıxış edərək vurğulayıblar ki, məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin aparılmasından çox asılıdır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərindən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl və məqsədyönlü  aparılması  vacibdir. Karantin mənşəli zərərvericilərə və alaq otlarına, karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına daxil edilməyən, lakin muxtar respublikada xüsusi təhlükəli zərərvericilər sayılan siçanabənzər gəmiricilər, mərakeş çəyirtkəsi, taxıl böcəyi və.s zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkil olunması  vacib məsələlərdəndir.

Müşavirənin sonunda nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları tərəfindən Sədərək rayonunda əkin sahələrində karantin mənşəli zərərvericilər, alaq otları, siçan və siçanabənzər gəmiricilərlə kimyəvi mübarizə tədbirlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş pestisidlər mülkiyətçilərə təqdim edilməsi üçün Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşlarına təhvil verilib.

 Müşavirədə iştirakçılara pestisidlərin norma və nisbətlərə uyğun istifadə edilməsi, təhlükəsizlik qaydalarına ciddi əməl olunması izah edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi