• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Tumbul kəndində təsərrüfat sahiblərinin iştirakı ilə tarla-seminar müşavirə keçirilib

  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Tumbul kəndində torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə  “Yaz əkinlərinə hazırlıq, taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti və aqrar sığortanın tətbiqi qaydaları” mövzusunda tarla-seminar müşavirə keçirilib.

  Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İqbal Allahverdiyev açaraq Naxçıvan şəhərində yaz əkinlərinin gedişi və qarşıda duran vəzifələr haqqında danışıb.

  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti və aqrar sığortanı tətbiqi haqqında danışaraq vurğulayıb ki, payızlıq taxıl əkinlərinə yazda azot gübrəsinin yemləmə şəklində verilməsi optimal müddətdə həyata keçirilməlidir.  Payızlıq taxılların vaxtında azot gübrələri ilə əlavə yemləndirilməsi bitkilərin böyüməsini gücləndirir  və nəticədə onlar payız-yaz dövründə torpaqda toplanmış sudan daha intensiv istifadə edirlər. Bundan başqa erkən yazda payızlıq taxılların əlavə gübrələnməsi taxıllara torpağın qida maddələrindən də səmərəli istifadə etmək imkanı verir. Erkən yazda azotla əlavə gübrələməkdən yüksək effektin alınması onunla izah olunur ki, payızlıq taxıllar erkən yazda boy atmağa başlayır və onların azota xüsusilə ehtiyacı olur. Azot gübrəsinin erkən yazda yemləmə kimi iki mərhələdə -kolanma və boruyaçıxma fazasında  verilməsi məsləhətdir. Müəyyən edilmişdir ki, bitki orqanlarında payızda toplanmış ehtiyat qida maddələri qış dövründə tənəffüs prosesinə sərf olunduğundan bitkilər erkən yazda qidalanmaya kəskin ehtiyac duyur. Qış dövründə torpağın üst laylarında nitratların çatışmaması səbəbindən zəifləmiş bitkilərin azota tələbatı artır.

     Fəxrəddin Əliyev Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 aprel tarixli 100 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nda edilmiş yeni dəyişikliklərlə bağlı məlumat verərək bildirib ki,  aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə əlavə 5 risk (sel və ya subasma,  leysan, ildırım, şaxtavurma, normadan artıq yağan qar yağıntıları, kimyəvi maddələrin təsirindən zəhərlanmə nəticəsində əkinlərin məhv olması) və 29 adda kənd təsərrüfatı bitkisi sığortalanmaya cəlb olunan bitkilər sırasına daxil edilib.

    Naziriyin aparıcı məsləhətçisi Məhəmməd Kərimov yaz əkinlərinə hazırlıq və yüksək məhsuldarlığa nail olunması üçün aparılan aqrotexniki tədbirlər haqqında çıxış edərək qeyd edib ki, yüksək və keyfiyyətli məhsul əldə etmək üçün yerinə yetirilən kompleks aqrotexniki tədbirlər içərisində rayonlaşdırılmış keyfiyyətli səpin materialından istifadə edilməsi və toxumun dərmanlanaraq əkininin aparılması xüsusi yer tutur. Məhsuldarlığın artırılmasında bu tədbirlərin əhəmiyyəti ondan ibarətdir ki, torpaq-iqlim şəraitinə uyğun toxumlardan istifadə olunması, eyni zamanda vegetasiya dövründə xəstəlik və zərərvericilərə qarşı sirayətlənmə daha az olur. Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsidə torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkin atlaslarından düzgün istifadə  məhsuldarlığın artırılmasında əsas amillərdən biridir.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər təqdim olunub.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi