• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Babək rayonunda bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə seminar-müşavirə keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin əməkdaşları tərəfindən Babək rayonunun Şəkərabad kəndində rayon üzrə bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə “Bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib.

    Müşavirəni giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Müşfiq Məmmədsoy açaraq bildirib ki, muxtar respublikada bələdiyyə torpaqlarından bələdiyyənin, o cümlədən yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi ərzaq bolluğunun yaradılmasına və özünüməşğulluğa müsbət təsir göstərən mühum amillərdəndir.

   Müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları haqqında məlumat verərək bildirib ki, bələdiyyələrin torpaq ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi istehsalın artırılmasına və məhsul bolluğunun yaranmasına imkan verir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulları yerli məhsullarla əvəz etməyə, meyvə-tərəvəz, taxıl, kartof və digər kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmaqla əhalinin ərzaq təlabatın yaxşılaşdırmağa və kənd yerlərində məşğulluq səviyyəsini yüksəltməyə şərait yaratmışdır. Həmçinin qeyd olunub ki, hər bir torpaq mülkiyyətçisi əkin apararkən aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl etməlidir. Belə ki, əkinlərin optimal müddətdə aparılması, tarlaqoruyucu zolaqların salınması, rekultivasiya tədbirlərinin görülməsi, mütərəqqi suvarma üsullarına və su normalarına ciddi əməl edilməsi, fosfor, kalium və üzvi gübrələrdən istifadəyə üstünlük verilməsi məhsuldarlığın artırılmasına təsir edən əsas amillərdəndir.

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nda bələdiyyələrin üzərlərinə qoyulan vəzifələr və Bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, bələdiyyə torpaqlarından istifadə və icarəyə verilməsinin şərtləri və qaydaları haqqında qanunvericilklə nəzərdə tutulmuş hallar haqqında iştirakçılara ətraflı məlumatlar verilib.

   Sonda çıxışlar ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi