• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

   Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsi əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə Şərur rayonunda özünüməşğulluq proqramına cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib.

   Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Umar Şükürlü “İri və xırdabuynuzlu heyvanların yemləndirilmə və saxlanma qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, aktiv verilmiş vətəndaşlar iri və xırdabuynuzlu heyvanların saxlandığı pəyələrin döşəməsini təmiz saxlamalı, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparmalı, pəyələrin havalandırımasını və işıqlanmasını zoogigiyena qaydalarına uyğun təşkil etməlidir. Həmçinin vurğulanıb ki, yazın gəlişi ilə bağlı heyvanların qapalı şəraitdən açıq şəraitə çıxarılması zamanı heyvanları yaşıl yemlərə tədricən alışdırmaq lazımdır. İştirakçılara yaz fəslində heyvanlarda zəhərlənmələrin qarşısının alınması üçün heyvanların zəhərli alaq otları olan sahələrdə otarılmaması tövsiyə olunmuşdur. Erkən yaz dövrü heyvanlar arasında baş verə biləcək timpaniya (köpmə) hallarının qarşısının alınması yolları da iştirakçıların diqqətinə çatdırılmışdır.

   Tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi,  sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı məlumatlar verilib. Əlavə olaraq, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi