• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Culfa rayonunda seminar-müşavirə keçirilib

   Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Culfa Rayon İcra Hakimiyyyəti ilə birlikdə rayonun Saltaq kəndində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və zoobaytar qaydalarına uyğun yemləndirilməsi, heyvandarlıqda aqrar sığortanın tətbiqinin əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilib.

  Müşavirəni Culfa Rayon İcra Hakimiyyyətinin əməkdaşı Mustafa Cəlilov açaraq rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

   Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev aqrar sığortanın əhəmiyyətindən danışaraq bildirib ki, kənd təsərrüfatı heyvanları və akvakultura məhsulları üzrə sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək. Heyvandarlıq sahəsində məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 11-ci gündən 7 yaşına qədər südlük inəklər və camışların, 11-ci gündən 3 yaşına qədər ətlik istiqamətli danalar və kəlçələrin, 11-ci gündən 5 yaşına qədər xırdabuynuzlu heyvanlar - qoyunlar və keçilərın, suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün ilkin mərhələdə balıqların sığortası təmin ediləcəkdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyətindən danışan Əyyub Abdullayev vurğulayıb ki, son illərdə muxtar respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq daha da artmışdır. Ötən il muxtar respublikada Süni Mayalama Məkəzinin  yaradılması, Naxçıvan şəhərində və rayonlarda  yeni süni mayalama məntəqələrinin sayının 23-ə çatdırılması süni mayalanma işinin daha da mütəşəkkil şəkildə aparılmasına öz töhfəsini verəcəkdir.

  Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev otlaq sahələrində yem ehtiyatlarının qorunması və bərpası tədbirlərinin önəmindən danışaraq qeyd edib ki, muxtar respublikada torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi və ekoloji əhəmiyyət daşıyır. Ona görə də təsərrüfat sahibləri otlaqlardan və örüş sahələrindən növbəli şəkildə istifadə etməli, torpaqların eroziyaya uğramasına yol verməməlidir.

   Nazirliyin aparıcı məsləhətçisi Umar Şükürlü ailə təsərrüfatlarında saxlanılan mal-qaraya zoobaytar qaydalarına uyğun qulluq edilməsi, məhsuldarlığın artırılması, süd məhsullarının hazırlanmasında gigiyenik qaydalara əməl edilməsi haqqında ətraflı məlumat verib.

   Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan  maarifləndirici bukletlər təsərrüfat sahiblərinə paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi