• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib

   Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Əliabad qəsəbəsində torpaq mülkiyyətçilərinin iştirakı ilə “Muxtar respublikda aqrar sahədə yaz tarla işlərinin gedişi və Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası” mövzusunda seminar-müşavirə keçirilib.

  Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev açaraq bildirib ki, muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, reallaşan Dövlət proqramları kənd təsərrüfatı məhsullarının sənaye sahəsinə yönəldilməsinə və ixracına şərait yaradıb. Bu da əhalinin iqtisadi gəlirlərinin artmasına səbəb olur.

   Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev qeyd edib ki,  torpaqların münbitliyinin artırılmasında əsas məqsəd getdikcə artan şoranlaşmanın, çəmənləşmənin, bataqlıqlaşmanın qarşısını almaqdır. Ona görə də hər bir torpaq mülkiyyətçisi əkinlər apararkən aqrotexniki tədbirlərdən düzgün istifadə etməlidir. Belə ki, torpaq mülkiyyətçisi şorakət torpaqların kənarında tarlaqoruyucu zolaqların salınmasına, dərin şumun aparılmasına, rekultivasiya tədbirlərinin görülməsinə, mütərəqqi suvarma üsullarına və su normalarına ciddi əməl etməli, torpaqların pestisid yükünü nizamlamaq məqsədilə torpaqdan nümunələr götürərək analiz etdirməlidir. Həmçinin növbəli əkinlər həyata keçirilməli, şorakət torpaqlarda davamlı çoxillik otlar, payızlıq taxıllar, qarğıdalının soya ilə qarışıq əkini, dənli-paxlalıların və digər əkinlərin aparılmasına üstünlük verməlidirlər. Fəxrəddin Əliyev daha sonra aqrar sığorta qaydaları  haqqında danışıb və məlumat verib ki,  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 aprel tarixli 100 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nda edilmiş yeni dəyişikliklərlə bağlı aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə əlavə 5 risk (sel və ya subasma, leysan, ildırım, şaxtavurma, normadan artıq yağan qar yağıntıları, kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində əkinlərin məhv olması) daxil edilib.

  Nazirliyin baş məsləhətçisi Əli Hüseynov əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında davamlılığı təmin etmək üçün  məhsul istehsalının bazarın tələbatına uyğun planlaşdırılmasının mühüm əhəmiyyətindən və əkin üçün seçilmiş sahələrdə gübrə normalarının düzgün tətbiq edilməsinin torpaqların münbitliyin artırılmasında və yüksək məhsuldarlığın əldə olunmasındakı rolundan, aparıcı məsləhətçisi Famil Cəfərov isə yüksək və keyfiyyətli məhsul əldə edilməsində kompleks aqrotexniki tədbirlərdən, bitkilərin vegetasiya dövründə xəstəlik və zərərvericilərinə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasından danışıb.

   Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisi Elxan Qaybalıyev hər bir kənd təsərrüfatı bitkisi üçün tələb olunan su normalarına düzgün riayət edilməsindən danışıb.

   Sonda Naxçıvan şəhərinin inzibati ərazisində əkin dövriyyəsindən kənarda qalan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı görülmüş işlər barədə torpaq mülkiyyətçilərinə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər iştirakçılara paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi