• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Özünəməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

       Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsi əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib.

      Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Umar Şükürlü “İri və xırdabuynuzlu heyvanların yemləndirilmə və saxlanma qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, aktiv verilmiş vətəndaşlar iri və xırdabuynuzlu heyvanların saxlandığı pəyələrin döşəməsini təmiz saxlamalı, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparmalı, pəyələrin havalandırımasını və işıqlanmasını zoogigiyena qaydalarına uyğun təşkil etməlidir. Həmçinin heyvanların yemləndirilməsi zamanı qaba yemlərlə yanaşı müvafiq norma nisbətində sulu-şirəli və qüvvəli yemlərin heyvanların yem payına qatılmasının məhsuldarlığın artırılmasındakı önəmi də iştirakçıların diqqətinə çatdırılıb.

       Tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi,  sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı məlumatlar verilib. Əlavə olaraq, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi