• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Tütünçülüklə məşğul olan təsərrüfat sahibləri ilə görüş keçirilib

   Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Təzəkənd kəndində tütün əkini ilə məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Məhəmməd Kərimov da iştirak edərək “Tütün bitkisinin iqtisadi əhəmiyyəti və aqotexniki tədbirlərin aparılması qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, muxtar respublikada iqtisadi səmərə verən sahələrdən biridə tütünçülükdür. Son illər bu sahəyə hərtərəfli və davamlı göstərilən dövlət dəstəyinin nəticəsidir ki, ilbəil tütün əkini sahələri genişləndirilir. Əvvəlki illərdən fərqli olaraq, təsərrüfat sahiblərinin tütün ştili ilə təmin olunması, şitilin texnika ilə əkininin həyata keçirilməsi, məhsulun qəbul edilib qısa vaxt ərzində dəyərinin ödənilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə olan marağını daha da artırmışdır. 

   Artıq muxtar respublikada 2022-ci ilin məhsulu üçün tütün əkinlərinə hazırlıq işlərinə başlanılıb. Torpaq mülkiyyətçiləri bilməlidir ki, əkiləcək tütün sahəsindən yüksək məhsul əldə olunması üçün nəzərdə tutulan aqrotexniki tədbirlər optimal müddətdə həyata keçirilməlidir. İlk növbədə torpağın qida maddələri ilə təmin olunma dərəcələrini müəyyən etmək üçün, əkindən əvvəl torpaqdan nümunələr götürülərək analiz edilməli və nəticələrə uyğun olaraq gübrə normaları təyin olunmalıdır. Əkin zamanı əsasən “İzmir-oriental” və “Virginiya” sortlarından istifadə etməklə yüksək məhsuldalıq əldə etmək olar. Mütəxəssis vurğulayıb ki, enliyarpaqlı tütün sortları ilə 1 hektar sahəyə 60x20 ölçüsündə əkin aparıldıqda 36000, xırdayarpaqlı tütün sortları ilə 70x40 ölçüsündə əkin aparıldıqda isə 83000 tütün şitili əkilməlidir. Cəgəarası kultivasiya üç dəfə aparılmalı, hava şəraitindən asılı olaraq əkin sahəsi 3-5 dəfə suvarılmalıdır.

    Sonda təsərrüfat sahiblərinə tütün toxumunun şitilliklərə əkini qaydaları haqqında ətraflı məlumat verilib.

                                                                            Naxçıvan  Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi