• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərurda təsərrüfatçılar kartof əkinlərinə başlayıblar

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, öhdəsində olan torpaqlarda müxtəlif tərəvəzlər, kartof, soğan və qarğıdalı əkən, tütünçülüklə məşğul olan rayonun Zeyvə kənd sakini, aqronom Mübariz Şirəliyev bu il üçün ilkin mərhələdə 2 hektarda kartof əkməyi planlaşdırır. Təcrübəli torpaq mülkiyyətçisi artıq bir hektar sahədə əkin aparıb.

Hazırda müasir texnikaların qüvvəsi ilə kartof əkini davam etdirilir.

Bu isə  may və iyun aylarında məhsul tədarükünə imkan verəcək.

Kartofçuluq Şərur rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Rayonun Aralıq, Cəlilkənd, Zeyvə, Xanlıqlar, Düdəngə, Mahmudkənd, Sərxanlı və digər yaşayış məntəqələrində də kartofçuluqla məşğul olan ailə təsərrüfatçıları ilkin yaz əkinlərinə hazırlıq işləri görüb, sahələri şumlayıb, torpağı münbitləşdirib, keyfiyyətli toxum tədarük ediblər. Məqsəd isə ondan ibarətdir ki, əhalinin bu ərzağa olan tələbatı yerli imkanlar hesabına ödənilsin.  Qeyd edək ki,  Şərur rayonunun torpaq-iqlim şəraiti bu bölgədə kartof istehsalının ilbəil artırılmasına, məhsuldarlığın yüksəldilməsinə imkan verir. Bu sahədə yaxşı təcrübə qazanan ailə təsərrüfatçıları il ərzində 2 dəfə, hətta bundan da çox kartof əkini həyata keçirirlər.

Ötən il Şərurda 1374 hektar sahədən  24 min 297 ton kartof əldə edən torpaq mülkiyyətçiləri bu il də bol məhsul əldə etmək niyyətindədirlər.  

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi