• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilib

 Fevralın 11-də Naxçıvan  Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilib. İclası giriş sözü ilə şuranın sədri, kənd təsərrüfatı naziri Bəhruz Bayramov açaraq iclasa çıxarılan mövzular haqqında məlumat verib. 
 Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin baş aqronomu  Elmira Əliyeva “Üzüm bitkisinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri”  mövzusunda çıxış edərək vurğulayıb ki, üzüm bağlarının məhsuldarlığına potensial təhlükə yaradan mildium, oidium və boz çürümə xəstəlikləri, əsasən, hava şəraitindən asılı olaraq müxtəlif dərəcədə inkişaf edir. Xəstəliklərin törədiciləri yazın sonunda  artır, yayda isə sürətlə inkişaf edərək üzümlükləri sirayətləndirir. Mildium üzümün ən təhlükəli geniş yayılmış xəstəliydir. El arasında bu xəstəliyə yalançı unluşeh, gəzəngi, sibrə və sair adlar da deyilir. Mildium ən çox yarpaqlara, zoğlara, çiçək qönçələrinə, hətta üzüm gilələrinə ziyan vurur. Bu xəstəliklərin qarşısını almaq üçün cərgəaraları alaqdan təmizlənməli, yaşıl budama və bağlama əməliyyatı vaxtında aparılmalı, kimyəvi  mübarizə məqsədilə müasir kimyəvi preaparatlardan olan “Polvesulfur” 400 qram, “Sulfopomer” 400 millilitr 100 litr suya qatılmaqla çiləmə əməliyyatının həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
  Akademik  Həsən Əliyev  adına  “Araz” Elm-İstehsalat Birliyinin  elmi işçisi Simuzər Həsənova  “Üzvi  gübrələr, onların  növləri və  səmərəli  istifadəsi” mövzusunda çıxış edib. O bildirib ki, kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Gübrələrdən səmərəli istifadə bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. 
    Sonda mövzular geniş şəkildə müzakirə edilib.

 

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi