• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şahbuz rayonunda heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Şahbuz rayon Badamlı kəndində heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının, ana malların süni mayalandırılması əhəmiyyəti, ana qoyun və keçilərin boğazlığının son mərhələsində və faraş doğulan quzulara zoobaytar qaydalarına uyğun qulluq edilməsi, qış otlaqlarından səmərəli istifadə edilməsi və xırdabuynuzlu heyvanların saxlanmasına və yunun keyfiyyətinin yaxşılaşdırılmasına qoyulan zoogigiyenik tələblər” mövzularında seminar müşavirə keçirilib.

     Müşavirəni nazirliyinin şöbə müdiri Əyyub Abdullayev giriş sözü ilə açaraq qeyd edib ki, muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də naxırın cins tərkibinin yaxşılaşdırılmasıdır. Muxtar respublikada Süni Mayalanma Mərkəzinin yaradılması, dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar naxırın cins tərkibinin yaxşılaşdırılmasına şərait yaradıb.Qaramalın cins tərkibinin yaxşılaşdırılması məhsul bolluğuna müsbət təsir etməklə, əhalinin gəlirinin artmasına əsaslı təsir göstərir. Ona görə də naxırın cins tərkibinin yaxşılaşdırılmasına üstünlük verilməlidir. Bundan sonra da işlərimizi yeni tələblər səviyyəsində qurmaqla, ailə təsərrüfatları ilə sıx əlaqə yaradacaq və bu sahədə irəliləyişə nail olmaq üçün qabaqcıl ailə təsərrüfatlarının təcrübəsini yaymaq məqsədilə daim maarifləndirmə işlərini gücləndirəcəyik.

      Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev “Qış otlaqlarından səmərəli istifadə edilməsinin”, aparıcı məsləhətçisi Umar Şükürlü “Xırdabuynuzlu heyvanların saxlanmasına və yunun keyfiyyətinin yaxşılaşdırılmasına qoyulan zoogigiyenik tələblər” mövzularında çıxış ediblər.

     Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər müşavirə iştirakçılarına paylanıb.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi