• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur rayonunda müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları tərəfindən  Şərur Rayon İcra Hakimiyyəti ilə birlikdə Düdəngə kəndində "Qarğıdalı və günəbaxan bitkilərinin əkilməsində aparılan aqrotexniki tədbirlər və bu bitkilərin iqtisadi səmərəsi" mövzusunda torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar müşavirə keçirilib.Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Miryasin Seyidov açaraq rayonda kənd təsərrüfatının inkişafı istiqamətində aparılan ardıcıl tədbirlərdən danışıb.

     Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək bildirib ki, muxtar respublikanın iqlim şəraitində kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun əkilməsinin torpaqların münbitliyinin qorunmasında və məhsuldarlığın yüksəldilməsində böyük rolu vardır. Belə ki, əkin atlaslarına uyğun keçirilən əkinlərdə bitkilərin üzvi və mineral gübrələrlə təminatı tələblərə uyğun olur. Həmçinin qeyd olunub ki, əhalinin bitki yağına olan təlabatını daxili imkanlar hesabına ödəmək məqsədilə yağlı bitkilərdən olan qarğıdalı və günəbaxan bitkilərinin əkin sahələri genişləndirilməli, yüksək məhsuldarlıq əldə olunması üçün əkinlərə düzgün aqrotexniki qulluq göstərilməlidir. 

     Nazirliyin şöbə müdiri Bəhruz Qasımov əkindən əvvəl toxumların dərmanlanmasının əhəmiyyətindən, sektor müdiri Valeh Mehdiyev aqrotexniki tədbirlərin aparılmasında müasir texnikaların rolundan danışıb. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov yağlı bitkilərdən əldə olunan məhsulların iqtisadi səmərəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

     Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər iştirakçılara paylanıb.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi