• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçıların iştirakı ilə seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsinin, AMEA Naxçıvan Bölməsinin və “Naxçıvan Muxtar RespublikasıArıçıları” İctimai Birliyinin əməkdaşları Şərur Rayon İcra Hakimiyyəti ilə birgə arıçılıq təsərrüfatı sahibkarlarının iştirakı ilə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının və arıxanaları qışlamaya hazırlamağın əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçiriblər. Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Yasin Seyidov açaraq rayonda arıçılığın inkişafından və göstərilən dövlət dəstəyindən danışıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrasına uyğun olaraq bu sahənin inkişafı dövlət tərəfindən daim dəstəklənərək sahibkarlara subsidiya, kredit, pulsuz arı dərmanları verilir. Arı ailələrinin köçürülməsi üçün ərazilər ayrılır, bal süzən dəzgahların və arı pətəklərinin lizinq qaydasında sahibkarlara satılması, arıçılıq məhsullarının satışı üçün təşkil olunan “Arıçılıq məhsulları – bal festival”ları və yarmarkalar arıçılıqla məşğul olan sahibkarlara stimul verir. “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov, Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Hüseyn Məmmədov və tədbirdə iştirak edən dövlət qurumlarının əməkdaşları mövzu ətrafında çıxışlar edərək arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri kimi arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkili və arıxanalarda cavan arı analarının olmasının böyük əhəmiyyətindən danışıblar. Sonda təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər müşavirə iştirakçılarına paylanıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi