• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Culfa rayonunda arıçıların iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin və Arıçılar İctimai Birliyinin əməkdaşları Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri  ilə birlikdə rayonun Gülüstan kəndində arıçılıqla məşğul olan sahibkarların iştirakı ilə  “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar müşavirə keçiriblər.

Müşavirəni Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Valeh Kəngərli açaraq  bildirib ki, son illər rayonda arıçılığa maraq xeyli artıb. Göstərilən dövlət qayğısının sayəsində rayonumuzda da  arı ailələrinin sayı artaraq 18 min 658 olub. Hər il istehsal edilən tonlarla bal və digər arıçılıq məhsulları müxtəlif ticarət şəbəkələrinə, bazar və yarmarkalara çıxarılaraq satışı təşkil edilir. Bunun da müqabilində arıçı sahibkarların qazancı artır, ailə büdcələri zənginləşir.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı’nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən, İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ziyad Abbasov balyığma mənbəyi olan ağac və kol bitkilərinin kəsilməsinin qarşısının alınmasından,  Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Fariz Şıxəliyev arıxanaların payız-qış mövsümünə hazırlanması və baytarlıq tədbirlərinin aparılmasından, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Əli Şərifov istehsal olunan arıçılıq məhsullarının sertifikatlaşdırılmasının əhəmiyyətindən, Arıçılar İctimai Birliyinin sədri Etibar Məmmədov arıçılıqda yeni texnologiyaların tətbiqindən, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Əlövsət İbrahimov qışlama dövrü arı ailələrinə qulluq edilməsindən danışıblar.

Sonda mütəxəssislər arıçı sahibkarları maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim ediblər.

   Naxçıvan  Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi