• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Dövlət Universitetinin tələbələri “Süni Mayalanma Mərkəzində” olublar

Ali təhsil ocağının Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin  dekanı,  pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov “Ailə və fermer təsərrüfatlarında boğaz mallarının zootexniki qaydada yemlənməsi və bəsləmə şəraitinin təşkili, ana mallarda süni mayalanmanın tətbiqi” mövzusunda çıxış edib. Dekan belə seminarların keçirilməsinin vacibliyini və tələbələrin proseslərlə canlı tanışlığının önəmini vurğulayıb.
Süni Mayalanma Mərkəzinin direktoru Yusif Qurbanov çıxış edərək mərkəzin fəaliyyəti haqqında seminar iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, müəssisədə damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir.
Sonra tələbələr Süni Mayalanma Mərkəzində yerləşən laboratoriya ilə tanış olublar. Tanışlıq zamanı dərin dondurulmuş dolu payetlərin qablaşdırılması və saxlanması, dərin dondurulmuş toxumun keyfiyyətinin yoxlanılması, toxumun poyetlərdə dərin dondurulması, eyakulyatın duruldulması, toxumun poyetlərə doldurulması, çeşidlənməsi və ekvilibrasiyası, eyakulyatın ilkin müayinəsi, prosesləri haqqında   tələbələrə ətraflı məlumat verilib.
Daha sonra  tələbələr fermer təsərrüfatı haqqında məlumatlandırılıb və suni mayalanmanın tətbiqi formaları əyani olaraq göstərilib.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi