• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Bəhruz Bayramov aidiyyəti üzrə tapşırıqlar verərək qeyd edib ki, bu gün əhalinin maddi rifahının yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı, bazarda yerli məhsulların üstünlük təşkil etməsi, kəndlinin öz torpaqlarından səmərəli istifadəsi ən vacib amillərdən biridir. Bu istiqamətdə muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatının dinamik inkişafını təmin etməklə yanaşı, həm də sahibkarlığın artması istiqamətində öz müsbət təsirini göstərir. Bununla yanaşı, hazırda muxtar respublikada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və digər sahələrin inkişafı stimullaşdırılır, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan ailə-fermer təsərrüfatlarına yeni innovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. Diqqətə çatdırılıb ki, muxtar respublikada aparılan meliorasiya, irriqasiya tədbirlərinin, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvətərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişlişərait yaratmışdır. Eyni zamanda payızlıq taxıl əkini ilə əlaqədar olaraq şum və səpin aparmaq üçün 771 ədəd təkərli, 67 ədəd tırtıllı, 118 ədəd taxılsəpən, 403 ədəd kotan, 78 ədəd çizel və şırımaçan, 38 ədəd toxumtəmizləyən, 287 ədəd lafet saz vəziyyətə gətirilmişdir.

Vurğulanıb ki, təsərrüfat işlərinin mütəşəkkil və optimal surətdə keçirilməsində kənd təsərrüfatı texnikasının sazlığının başlıca şərtlərdən olmasını nəzərə alaraq nazirliyin texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilmiş, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilmişdir. Bəhruz Bayramov 2021- 2022-ci illərin payız-qış mövsümü ilə əlaqədar olaraq qarşıda duran vəzifələrə hazırlıq məqsədilə nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Sonra məruzə ətrafında çıxışlar olub.

 

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi