• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Dövlət Universitetinin tələbələrinə təcrübə dərsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsularının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasının II kurs tələbələrinə Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında təcrübə dərsi keçib.

Dərs zamanı tələbələrə laboratoriyada olan müasir tipli cihazlar haqqında ətraflı məlumat verilib. Onlara torpaq analizlərinin aparılması zamanı texniki təhlükəsizlik qaydaları və reaktivlərdən düzgün istifadə olunması  laboratoriyanın mütəxəssisləri tərəfindən ətraflı izah edilib.

Daha sonra tələbələrə torpaq mülkiyyətçilərinin təqdim etdiyi torpaq nümunələrində  torpaq məhlulunun reaksiyası, elektrik keçiriciliyi, mexaniki tərkibi, humusun, azotun, fosforun və kaliumun təyini analizlərinin aparılması əyani olaraq göstərilib.

Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi