• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Əliabad qəsəbəsində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və zoobaytar qaydalarına uyğun qulluq edilməsi” mövzusunda seminar-müşavirə keçiriblər.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev açaraq aqrar sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanma tədbirlərinin aparılmasından və bu tədbirlərin təsərrüfatlarda məhsuldarlığın artırılmasındakı rolundan danışaraq bildirib ki, əsas məqsəd  mövcud iribuynuzlu heyvanların yüksək məhsuldar damazlıq törədicilərdən alınmış toxumla süni mayalanması və yerli qaramal cinslərinin cins tərkibini dəyişməklə heyvandarlıq məhsullarına olan tələbatın  ödənilməsidir. Süni mayalanmadan alınan balalar fizioloji yetişkənlik dövrünə çatdıqda məhsuldarlıq istiqamətindən asılı olaraq göstəriciləri yerli cinslərdən olan malların məhsuldarlıq göstəricilərindən daha yüksək olur. Bu göstəricilərin yüksəlişi  2-ci və 3-cü nəsildə davam edir. Süni mayalanmanın tətbiqi ilə sahibkarların təsərrüfatlarında əlavə törədici saxlamağa ehtiyac olmur və təbii yolla mayalanma zamanı yayılmış xəstəliklərin qarşısı alınmış olur. 

Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev mal-qaraya zoobaytar qaydalarına uyğun qulluq edilməsindən və payız-qış mövsümünə hazırlıqdan danışaraq qeyd edib ki, heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtında və düzgün aparılmasına diqqət yetirilməli, qaba və qüvvəli yem vahidi düzgün hesablanmalıdır. Muxtar respublikada iqlim şəraitindən asılı olaraq mal-qaranın qışlama (pəyə) dövrü aran zonasında 180-190 gün, dağlıq rayonlarda isə 8 aya qədər davam edir. Heyvanlar ilin ən azı yarısını binalarda keçirir ki, bu da mal-qaranın sağlamlığına və məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Qışlamaya hazırlığın başlıca vəzifələrindən biri də mal-qara saxlanan binaların təmir edilib əlverişli vəziyyətə gətirilməsidir. Mal-qarası çox olan iri təsərrüfat sahibləri mal-qaranın yaşına, məhsuldarlığına,  fizioloji vəziyyətinə uyğun bina və bölmələr hazırlamalıdır. Əvvəlcə binalar və tikililər peyin qalıqlarından təmizlənməli, uçuq-sökük yerlər hörülməli, qapı və pəncərələr saz vəziyyətə salınmalıdır. Mal-qara saxlanan binaların işıqlı olması üçün mövcud pəncərələrin tutulmasına yol verilməməlidir.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi