• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçılarla maarifləndirici tədbir keçirilib

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları tərəfindən Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Gülüstan kəndində arıçılıq təsərrüfatı sahibkarlarının iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Çətin Novruzov açaraq rayonda arıçılığın inkişafından və arıçılara göstərilən dövlət dəstəyindən danışıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev arıçılıqda bal süzümünün mütəşəkkil keçirilməsinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, balın süzülməsi arıçılıqda çox məsuliyyətli işdir. İlk növbədə, bal müalicəvi vasitələrlə (pestisid, insektisid, antibiotiklər və.s) çirklənməməlidir. Bal süzülərkən arıların qışlama məsələsi həll olunmalıdır, yəni möhürlənmiş şanlar qış ehtiyatları üçün ayrılmalıdır. Ailə yem qıtlığından əziyyət çəkməsin deyə pətəkdə bir az bal saxlanmalıdır. Bal süzülərkən oğru və arı ailələrinin hücumuna məruz qalmasının qarşısı alınmalıdır. Balın süzülməsi yaxşı hava şəraitində arıların məşğul olduğu vaxtda daha məqsədəuyğun hesab olunur. Balın süzülməsi üçün şanların çox gövdəli və ya cüt gövdəli pətəklərin yuxarı gövdələrində balla tam doldurulduqdan və çərçivənin yuxarı hissəsində möhürlənmiş qovuqcuqlar əmələ gəldikdən sonra seçmək olar. Bu, balın yetişməsi və onun balsüzəndən keçirilməsinə hazır olduğunu təsdiqləyir. Bu səbəbdən şanlardan 25-30°C-də ilıq bal sıçrayır, balın süzülməsi seçmə ilə eyni zamanda aparılmalıdır. Bal soyuduqdan sonra şanlardan çətin çıxır, ona görə də soyumuş balı 25-30°C-yə kimi qızdırmaq lazımdır. Güclü arılar əsas yığım zamanı gün ərzində pətəklərə 4-6 kiloqram və ondan da çox bal gətirir ki, 3-5 günə çərçivə dolur. Bal hər 3-5 gündən bir calaq pətəyi üstlüyündən seçilməlidir. Bu cür seçim yığım zamanı bal yığımını 20-30 faiz artırır.

Dövlət Baytarlıq Xidmətinin şöbə müdiri Fariz Şıxəliyev bal süzümündən sonra arıçılıqda baytarlıq tədbirlərinin aparılmasından, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıblar.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb onlara mütəxəssislər tərəfindən hazırlanan bukletlər paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi