• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Babək rayonunda müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə Babək şəhərində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Qaramalın cins tərkibinin yaxşılaşdırılması, ana malların süni mayalandırılmasının əhəmiyyəti və heyvandarlıqda payız-qış mövsümünə hazırlıq” mövzusunda müşavirə keçirilib.

Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov açaraq rayonda heyvandarlığın inkişafı üçün lazımi şəraitin olmasından və heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyətindən danışaraq vurğulayıb ki, son illərdə muxtar respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində bu düyələrin təkrar istehsalında süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq artıb. Ötən il muxtar respublikada Süni Mayalanma Mərkəzinin  yaradılması, bütün rayonlarda və Naxçıvan şəhərində yeni süni mayalama məntəqələrinin sayının 23-ə çatdırılması bu işlərin daha da mütəşəkkil şəkildə aparılmasına öz tövhəsini verəcək.

Çıxışda qeyd olunub ki, süni mayalanmadan alınan balalar fizioloji yetişkənlik dövrünə çatdıqda məhsuldarlıq istiqamətindən asılı olaraq məhsuldarlıq göstəriciləri yerli cinslərdən olan malların məhsuldarlıq göstəricilərindən  yüksək olur. Bu göstəricilərin yüksəlişi  2-ci və 3-cü nəsildə davam edir. Süni mayalanmanın tətbiq olunması zamanı təsərrüfat sahiblərinin  təsərrüfatında əlavə törədici saxlamağa ehtiyac olmur və təbii yolla mayalanma zamanı yayılmış xəstəliklərin qarşısı alınmış olur. 

Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev heyvandarlıqda payız qış mövsümünə hazırlıqdan  danışaraq qeyd edib ki, muxtar respublikada iqlim şəraitindən asılı olaraq mal-qaranın qışlama (pəyə) dövrü aran zonasında 180-190 gün, dağlıq rayonlarda isə 8 aya qədər davam edir. Heyvanlar ilin ən azı yarısını binalarda keçirir ki, bu da mal-qaranın sağlamlığına və məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də qışlama ciddi hazırlıq tələb edir. Mal-qara saxlayan hər bir fermer və sahibkar qışlama dövründə mal-qaranın yemə, duza və mikroelementlərə olan tələbatını təxmini də olsa müəyyənləşdirib onları tədarük etməlidir. Qeyd olunub ki, normada qışlama dövrü üçün hər baş xırdabuznuzlu heyvana orta hesabla 150 kq quru ot, 50 kq qüvvəli yem,  2-3 kq xörək duzu tələb olunur. Maldarlıqda hər baş inək, camış, boğaz düyə və törədici üçün orta hesabla qışlama dövründə 20 sentner yem vahidi və 9-11 kq xörək duzu tələb olunur. Orta hesabla sağılan inək-camış üçün sutkada 4-6 kq quru ot, 3-4 kq küləş, 2-3 kq qarışıq yemlərdən ibarət yem payı tələbatı ödəmiş olar. Bundan əlavə xörək duzu da hər baş xırdabuznuzlu heyvana sutkada 10-15 qram və hər baş orta yaşlı qaramala 50-60 qram norması nəzə alınmalıdır.Tədarük edilmiş qaba yemlər tayalara düzgün vurulmalı, tayaların üstü polietin plyonka ilə örtülməlidir. Qış dövrünün uzanması, baş verə biləcək təbii fəlakət və yangın hallarını əvvəlcədən nəzərə alıb, tələbatın 10-15 faiz miqdarında əlavə yem tədarük olunmalıdır.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanmış bukletlər müşavirə iştirakçılarına paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi