• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçılarla seminar-müşavirə keçirilib

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları tərəfindən Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Şərur rayon Dizə kəndində arıçılıq təsərrüfatı sahibkarlarının iştirakı ilə müşavirə keçirilib. Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yasin Seyidov açaraq rayonda arıçılığın inkişafı üçün yaradılan imkanlardan danışıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev arıçılıqda bal süzümünün mütəşəkkil keçirilməsinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, şanlardan balın süzülməsi çox zəhmət tələb edən işdir və müxtəlif avadanlıqlardan istifadə edilməsi, əsasən də arıçılığın sənaye əsasına keçirilməsini tələb edir. Balı süzmək üçün şanlar pətəklərdən götürülür, qovuqcuqların möhürləri açılır. Balın süzülməsi üçün süzümə gedəcək yetişmiş bal çərçivələri götürülür. Yetişmiş bal yetişməmiş bala nisbətən tez süzülür.

Qeyd olunub ki, yüksək keyfiyyətli balı arıxanada yalnız mum qapaqcıqları ilə tam möhürlənmiş (yetişmiş bal) şanlardan əldə etmək olar. Pətək içərisindən tam möhürlənmiş şanlı çərçivə götürülərək süzülür, belə bal tam yetişmiş olur. Üzəri möhürlənməmiş şanları götürüb süzmək olmaz. Möhürlənməmiş şanlardan alınan balın nəmliyi 22 faizdən çox olur və belə halda bal yetişməmiş olur (duru bal) və tez bir zamanda turşuduğu üçün onu saxlamaq olmur. Balın durulması və köpüklənməsi onun qıcqırmasını göstərən əlamətlərdəndir.

Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Yavuz Hacıyev bal süzümündən sonra arıçılıqda baytarlıq tədbirlərinin aparılmasından, Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıblar.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb onlara mütəxəssislər tərəfindən hazırlanan bukletlər paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi