• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Torpaqların münbitliyinin artırılması ilə bağlı seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılmış nailiyyətlər və keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasından danışaraq qeyd edib ki, torpaqların münbitliyinin artırılmasında əsas məqsəd getdikcə artan şoranlaşmanın, çəmənləşmənin, bataqlıqlaşmanın qarşısını almaqdır. Ona görə də hər bir torpaq mülkiyyətçisi əkinlər apararkən aqrotexniki tədbirlərdən düzgün istifadə etməlidir. Belə ki, torpaq mülkiyyətçisi şorakət torpaqların kənarında tarlaqoruyucu zolaqların salınmasına, dərin şumun aparılmasına, rekultivasiya tədbirlərinin görülməsinə, mütərəqqi suvarma üsullarına və su normalarına ciddi əməl etməli, torpaqların pestisid yükünü nizamlamaq məqsədilə torpaqdan nümunələr götürərək analiz etdirməlidir. Həmçinin növbəli əkinlərə üstünlük verilməli, mütəmadi olaraq üzvi və mineral gübrələr elmi əsaslarla tətbiq edilməlidir. Torpağın münbitliyini artırmaq üçün bitki və heyvan mənşəli üzvi gübrələrdən peyin, torf, quş zılı, kompostlar, müxtəlif təsərrüfat tullantıları və yaşıl gübrələrdən istifadə edilməsi çox əhəmiyyətlidir.

Müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin bərpa edilməsinin əhəmiyyəti barədə iştirakçılara məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub. 

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi