• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur rayonunda səyyari aptekin təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Şərur Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Dərvişlər kəndində  Bitkiçilik və heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Bitkiçilik və Heyvandarlıq sahələri üzrə səyyari aptekin əhəmiyyəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirkərim Seyidov tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə nazirliyinin əməkdaşları Əyyub Abdullayev, Fəxrəddin Əliyev və Niyamət İsayev çıxış edərək qeyd ediblər ki, səyyari bitkiçilik və baytarlıq aptekinin yaradılmasında əsas məqsəd mülkiyyətçilərin vaxtına qənaət olunması, dərmanların yerlərdə mülkiyyətçilərə çatdırılmasıdır. Əkin sahələrində, yaylaqlarda, fermalarda dərmanların satılması zamanı mütəxəssislərlə mülkiyyətçilərin birbaşa təması yaranacaq ki, bu da öz növbəsində dərman preparatlarının mütəxəssis tövsiyəsi ilə istifadəsinə imkan verəcək. Verilən məsləhətlərin və praktiki icra olunan işlərin isə bu sahənin inkişafına və məhsuldarlığın artırılmasına böyük təsiri olacaq.

Həmçinin mütəxəssislər tərəfindən dərman preparatlarından istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib.

Sonda mütəxəssislər tərəfindən sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb, onlara yaddaş kitabçaları paylanıb və  mülkiyyətçilərə dərman preparatlarının satışı həyata keçirilib.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi