• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Seminar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar  Nazirliyinin təşkilatçılığı ilə Babək şəhərində rayonun torpaq mülkiyyətçilərinin iştirakı ilə “Kövşənliklərin yandırılmasının torpağa verdiyi fəsadlar” mövzusunda seminar müşavirə keçirilib.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  şöbə müdiri Xaliq Abbasov çıxış edib. Mütəxəssis qeyd edib ki, taxıl sahələrinin biçindən sonra yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə isə torpaq mübitliyinin kəskin surətdə azalmasına səbəb olur. Samanın yandırılması torpağın münbitliyinin azalmasına bilavasitə pis təsir göstərir. Vurğulanıb ki, sahələrin yandırılması zamanı uzun illər  ərzində torpaqda formalaşmış faydalı mikroorqanizmlər məhv olur, onun da bərpa olunması üçün əlavə resurslar və uzun müddət tələb olunur. Bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kq azot, 70-80 kq fosfor, 90-100 kq-a qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 20-25 ton həcmində üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30% azalmasına səbəb olur.

Sonda  mütəxəssis verilən sualları cavablandırıb, məhsul istehsalçılarına taxıl sahələrindən samanın yandırmadan çıxarılmasını və ya xırdalanaraq şum altına verilməsini tövsiyə edib.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi