• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Yaylaqlarda heyvandarlıqla məşğul olan sahibkarlarla görüşlərin keçirilməsi davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri ilə “Yaylaqlardan səmərəli istifadə edilməsi və baytarlıq tədbirlərinin vaxtında aparılmasının əhəmiyyəti” mövzusunda növbəti görüş Şahbuz Rayon İcra Hakimiyyəti ilə birlikdə “Salvartı” yaylağında keçirilib.

Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərmayıl Rəcəbli açaraq rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev qeyd edib ki, yaylaq şəraitində heyvanların düzgün yemləndirilməsi daimi olaraq fermerlərin diqqət mərkəzində olmalıdır. Bundan əlavə yaylaq şəraitinin ot örtüyü və su təminatı nəzərdən keçirilməli, heyvanlar otlağa buraxmazdan əvvəl hökmən baytarlıq müayinəsindən keçirilməli, dırnaqları kəsilib təmizlənməli, buynuzlarının iti ucları mişarlanıb hamarlanmalıdır. Yaylaq şəraitinin effektivliyi otlaqlarda yaşıl yemlərin nə dərəcədə olmasından asılıdır. Pis, əlverişli olmayan otlaqlarda heyvanların saxlanılması onları narahat edir, xəstəliklərə qarşı davamlılığı zəiflədir, məhsuldarlığı aşağı düşür. Məhsuldarlığı yüksəltmək və sağlamlığı qorumaq üçün otlaq sahələri bir sıra gigiyenik tələbləri ödəməlidir. Qoyun və keçilər üçün quru, tozsuz, alçaqboylu, kiçik və müxtəlif bitkiləri olan otlaqlar ayrılmalıdır. Yaylaqlarda heyvanlar sistemli otarılmalıdır, əks halda keyfiyyətli bitkilərin və otlağın məhsuldarlığı azalır ki, bu da heyvanların qida maddələrinə olan tələbatını ödəmir. Yaylaqda  otlaqların korlanmasının qarşısını almaq üçün heyvanların yerlərini tez-tez dəyişdirmək lazımdır. Belə ki, bu tədbir torpaq sahəsini peyinlə münbitləşdirir ki, nəticədə örüş sahəsinin ot məhsuldarlığı artır. Otlaq şəraitində heyvanları yalnız yaşıl otla yemləmək olmaz. Odur ki, heyvanlara əlavə olaraq qüvvəli yemlər də verilməlidir. Bu məqsədlə onlara qarışıq yem, arpa yarması, çiyid cecəsi və.s verilməsi məsləhətdir. Qüvvəli yemlərin gündəlik normasının yarısı səhər və yarısı isə axşam sağımından sonra verilməlidir.

Mütəxəssis həmçinin vurğulayıb ki, muxtar respublikada yovşan bitkisinin böyük ehtiyatı vardır. Bu bitki qış otlaqlarının əsas fitosenozunu təşkil edir və qış aylarında heyvanlar tərəfindən həvəslə yeyilir. Yovşan heyvanların qurdlardan azad olmasını və proteinə olan tələbatını təmin edir. Muxtar respublikanın yay və qış otlaqları ərazisində yem və dərman bitkisi kimi perspektiv əhəmiyyət kəsb edən acı yovşan geniş yayılmışdır. Sahibkarlar bu bitkini tədarük edib, dəmləməsini yaylaqda qoyunlara içirməklə heyvanları mədə-bağırsaq qurdlarından azad etmiş olarlar.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Kamran Əliyev və Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Hüseyn Məmmədov çıxış edərək yay otlaqlarında ekoloji tarazlığın qorunmasının əhəmiyyətindən və yaylaq mövsümündə xırdabuynuzlu heyvanlar arasında baytarlıq tədbirlərinin vaxtında aparılmasının vacibliyindən bəhs ediblər.

Mütəxəssislər həmçinin görülməsi vacib olan zoobaytar tədbirləri də önə çəkiblər.

Sonda mütəxəssislər sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıb, onlara yaddaş kitabçaları paylayıblar.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi