• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

“Batabat” yaylağında maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Şahbuz Rayon İcra Hakimiyyəti ilə birlikdə “Batabat” yaylağında heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Heyvandarlıq sahəsi üzrə səyyari aptekin yaradılmasının əhəmiyyəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərmayıl Rəcəbli giriş sözü ilə tədbiri açaraq bu kimi görüşlərin əhəmiyyətini önə çəkib.

Tədbirdə Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayev qeyd edib ki, səyyari baytarlıq aptekinin yaradılmasında əsas məqsəd mülkiyyətçilərin vaxtına qənaət olunması və dərmanların yerlərdə onlara çatdırılmasıdır. Kəndlərdə, yaylaqlarda, fermalarda dərmanların satılması zamanı mütəxəssislərlə mülkiyyətçilərin birbaşa təması yaranır ki, bu da öz növbəsində dərman preparatlarının mütəxəssis tövsiyəsi ilə istifadəsinə imkan verəcək. Verilən məsləhətlərin, praktiki icra olunan işlərin isə bu sahənin inkişafına və məhsuldarlığın artırılmasına böyük təsiri olacaq.

Həmçinin mütəxəssislər tərəfindən dərman preparatlarından istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə mütəxəssislər sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıb, onlara yaddaş kitabçaları paylayıblar.

Tədbirin sonunda mülkiyyətçilərə dərman preparatlarının satışı həyata keçirilib.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi