• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Ailə təsərrüfatçılarının iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı”  2019-cu il 18 yanvar tarixli  Sərəncamı ilə təsdiq  olunmuş Tədbirlər Planının icrası ilə bağlı  növbəti müşavirə Ordubad Rayon İcra Hakimiyyəti ilə birlikdə Azadkənd  kəndində ailə təsərrüfatçılarının iştirakı ilə keçirilib.

Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev açaraq, rayonda aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov  əkin atlaslarına uyğun əkinlərin aparılması və təkrar əkinlərin əhəmiyyəti mövzusunda çıxış edib. Qeyd olunub ki, əkinlər yerli torpaq-iqlim şəraiti nəzərə alınmaqla tərtib olunmuş əkin atlaslarına uyğun aparılmalı, növbəli əkinlərə üstünlük verilməli, mütəmadi olaraq üzvi və mineral gübrələr elmi əsaslarla tətbiq edilməlidir. Torpağın münbitliyini artırmaq üçün bitki və heyvan mənşəli üzvi gübrələrdən peyin, torf, quş zılı, kompostlar, müxtəlif təsərrüfat tullantıları və yaşıl gübrələrdən istifadə edilməsi çox əhəmiyyətlidir.

Həmçinin mütəxəssis qeyd edib ki, muxtar respublikada məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir. Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də  heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir. Təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda xeyli bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssis həmçinin vurğulayıb ki, muxtar respublikada mal-qaranın qüvvəli və  yaşıl yemə olan  tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən  istifadə vacibdir.

Tədbirdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı İntizar Həziyev torpaqların münbitliyin qorunması, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Əli Şərifov ailə təsərrüfatlarında istehsal olunan qida məhsullarının təhlükəsizlik göstəriciləri mövzusunda çıxış edərək iştirakçılara ətraflı məlumatlar veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər təqdim olunub.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi