• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur şəhərində maarifləndirici müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının iştirakı ilə Şərur şəhərində  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı”  2019-cu il 18 yanvar tarixli  Sərəncamı ilə təsdiq  olunmuş Tədbirlər Planının icrası ilə bağlı ailə təsərrüfatçıları ilə müşavirə keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin baş məsləhətçisi  Fəxrəddin Əliyev  “Əkin atlaslarına uyğun əkinlərin aparılması və təkrar əkinlərin əhəmiyyəti” mövzusunda çıxış edib.

Qeyd olunub ki, əkinlər yerli torpaq-iqlim şəraiti nəzərə alınmaqla tərtib olunmuş əkin atlaslarına uyğun aparılmalı, növbəli əkinlərə üstünlük verilməli, mütəmadi olaraq üzvi və mineral gübrələr elmi əsaslarla tətbiq edilməlidir. Torpağın münbitliyini artırmaq üçün bitki və heyvan mənşəli üzvi gübrələrdən peyin, torf, quş zılı, kompostlar, müxtəlif təsərrüfat tullantıları və yaşıl gübrələrdən istifadə edilməsi çox əhəmiyyətlidir.

Həmçinin mütəxəssis qeyd edib ki, muxtar respublikada məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir. Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də  heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir

Tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək iştirakçılara məhsulların qablaşdırılmasında dövlət standartları, qurudulmuş və qablaşdırılmış məhsul istehsalının artırılması ilə bağlı ətraflı məlumatlar verilib.

Əlavə olaraq, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi