• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

“Təkrar əkinlərin əhəmiyyəti” mövzusunda növbəti müşavirə Babək rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən “Təkrar əkinlərin əhəmiyyəti” mövzusunda növbəti müşavirə Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə Şıxmahmud  kəndində torpaq mülkiyyətçilərinin iştirakı ilə keçirilib.

Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Budaq Yusifov açaraq, rayonda aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov təkrar əkinlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, ildən-ilə fermerlərin təkrar əkinlərə marağı artır. Müşahidələr göstərir ki, iqtisadi cəhətdən səmərəli olduğundan muxtar respublikamızda məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ildə iki dəfə məhsul götürmək üçün təkrar əkin həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda xiyar, lobya, kartof və qarğıdalı bitkisinə üstünlük verilir. Hazırda dən və yaşıl yem istehsalının artırılması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərinin aparılması prosesi davam edir. Muxtar respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir. Qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır. Başqa sözlə, təkrar əkin ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə olunmasına imkan verir. Üstəlik,  taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkinin aparılması torpağın strukturunu yaxşılaşdırır. Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Çünki, təkrar əkin sayəsində fermerlər daha çox gəlir əldə edir, əvəzində ölkədə heyvandarlığın yem ehtiyatı daha da zənginləşir.   

Təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda xeyli bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssis həmçinin vurğulayıb ki, muxtar respublikada mal-qaranın qüvvəli və  yaşıl yemə olan  tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən  istifadə vacibdir.

Nazirliyin sektor müdiri Valeh Mehdiyev təkrar əkinlərin aparılması üçün torpağın becərilməsində müasir texnika və avadanlıqların rolu haqqında sahibkarlara ətraflı məlumat verib. Qeyd olunub ki, muxtar respublikaya “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə hər il aqrotexniki tədbirlərin aparılması üçün kifayət qədər texnika və aqreqatlar alınıb gətirilir. Həmin texnikaların lizinq yolu ilə satışı təşkil olunur ki, bu da aqrotexniki tədbirlərinin aparılmasında əl əməyindən az istifadə olunmaqla yüksək məhsuldarlığa nail olunmasına imkan yaradır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər təqdim olunub.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi