• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Bitkiçilik və heyvandarlıq sahələri üzrə səyyari aptekin yaradılmasının əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə Yuxarı Uzunoba kəndində bitkiçilik və heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Bitkiçilik və heyvandarlıq sahələri üzrə səyyari aptekin yaradılmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Budaq Yusifov giriş sözü ilə tədbiri açaraq bu kimi görüşlərin əhəmiyyətini önə çəkib.

Tədbirdə Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayev və Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayev  qeyd ediblər ki, səyyari bitkiçilik və baytarlıq aptekinin yaradılmasında əsas məqsəd mülkiyyətçilərin vaxtına qənaət olunması, dərmanların yerlərdə mülkiyyətçilərə çatdırılmasıdır. Əkin sahələrində, yaylaqlarda, fermalarda dərmanların satılması zamanı mütəxəssislərlə mülkiyyətçilərin birbaşa təması yaranacaq ki, bu da öz növbəsində dərman preparatlarının mütəxəssis tövsiyəsi ilə istifadəsinə imkan verəcək. Verilən məsləhətlərin və praktiki icra olunan işlərin məhsuldarlığa böyük təsiri olacaq.

Həmçinin mütəxəssislər tərəfindən dərman preparatlarından istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə mütəxəssislər sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıb, onlara yaddaş kitabçaları paylayıblar.

Tədbirin sonunda mülkiyyətçilərə dərman preparatlarının satışı həyata keçirilib.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi