• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Damazlıq heyvanların bəslənməsi mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin əməkdaşları tərəfindən “Damazlıq məqsədi üçün seçilmiş malların düzgün yemləndirilməsi” mövzusunda növbəti tədbir Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Saltaq kəndində keçirilib.

Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mustafa Cəlilov açaraq, heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin direktoru Yusif Qurbanov damazlıq məqsədi üçün seçilmiş malların düzgün yemləndirilməsi mövzusunda danışaraq bildirib ki, heyvandarlığın inkişafında əsas məqsədlərdən biri  yerli malların cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanmadan alınan dişi buzovların gələcəkdə damazlıq olaraq istifadə olunmasıdır. Damazlıq üçün seçilən buzovların  intensiv yetişdirmə şəraitinin yaradılması təşkil olunmalıdır. Damazlıq üçün nəzərdə tutulan dişi buzovların fizioloji yetişkənliyə çatana qədər xəstəliklərə qarşı müqavimətinin artırılması, sağlamlığının  möhkəmləndirilməsi üçün  yemləmə və saxlama şəraiti zoogigiyenik qaydalara cavab verməlidir. Damazlıq üçün seçilən dişi buzov təsərrüfatda mövcud olan ana malların ən yüksək məhuldarlıq göstəricisi olanlarından götürülməlidir. Yeni doğulmuş buzovlar ilk gündən protein və vitaminlərə ehtiyac duyurlar. Bu ehtiyacın təmin olunmasında ağuz südü əvəzolunmaz qida mənbəyidir. Ağuz südünün tərkibinin qida maddələri ilə zəngindir. Ağuz südünün tərkibində adi süddən fərqli olaraq çoxlu miqdarda  qloblin  var ki, o da buzovun orqanizmində  antitoksinlərin  miqdarının  artmasına səbəb olur. Buzovların gündə  üç dəfə  ağuz südü  ilə qidalanması  normal sayılır. Ağuz südü 5-7 gündən sonra öz spesifikliyini  itirmiş olub adi südə çevrilir. Südəmər dövrünün 7-10 günlüyündə buzovların tədricən ot-saman yemlərinə öyrədilməyə başlanılması  məsləhət görülür. Buzovların bitki yemlərə erkən öyrənilməsi gələcəkdə həzmi stimullaşdırır, xəstələnmələri azaldır və orqanizmin müqavimətini artırır. İlk aylarda buzovların mədə önlərinin inkişaf etməməsi səbəbindən buzovlar böyük miqdarda bitki yemindən istifadə edə bilmir. Bu proses tədricən  həyata  keçirilməlidir. Buzovlar iki aylığına keçəndə ümumi yemləmənin 50 faizini bitki yemi təşkil etməlidir.

Dişi danalar 3-4 aylıq olanda bitki mənşəli, yüksək keyfiyyətli yemlərlə  yemləndiriləndə yaxşı inkişaf edir. Altı aya qədər buzovlar 180-350 kiloqram süd istehlak etmiş olur. Tələb olunan qaydalara uyğun formada yemləmə və bəsləmə  şəraiti yaradılarsa, damzlıq düyələrin 17-18 aylarında diri çəkisi 300-350 kiloqram olmaqla ilkin mayalandırmaq üçün yararlı sayıla bilər.

Mərkəzin əməkdaşları Məmməd Məmmədov və Nuridə Rzayeva süni mayalanmadan sağlam balaların alınması və zoogigiyenik qaydalara əməl olunması haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Sonda heyvandarlıq təsərrüfatı sahiblərini maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi