• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Quşçuluq təsərrüfatı sahiblərinin iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Əliabad qəsəbəsində quşçuluqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Ev quşlarına zoobaytar qaydalara uyğun qulluq edilməsi, yumurta istehsalının artırılması və baytarlıq tədbirlərinin aparılması” mövzusunda müşavirə keçirilib.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyyətinin əməkdaşı İqbal Allahverdiyev açaraq tədbirin əhəmiyyətindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdulayev ev quşlarına zoobaytar qaydalara uyğun qulluq edilməsi mövzusunda çıxış edərək qeyd edib ki, muxtar respublikada quşçuluğun inkişafı davamlı olaraq dövlət tərəfindən dəstəklənir. Nəticədə iri quşçuluq təsərrüfatlarının sayı 77-ə çatdırılmış və yeni quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Quşçuluq heyvandarlığın gəlirli sahələrindən biri olmaqla əhalini yumurta və quş əti, yüngül sənayeni quş tükü,  kənd təsərrüfatını isə üzvi gübrə (quş peyini) ilə təmin edir. Başqa növ heyvanlara nisbətən quşlardan alınan məhsullar tez və ucuz başa gəlir.

Çıxışda vurğulanıb ki, yeni çıxan cücələr dezinfeksiya, dezinseksiya və deratizasiya edilmiş binalarda saxlanmaqla 7 günlüyündən 2 aylığadək olan yaşda “Nyukasl” xəstəliyinə tutulmaması üçün “La-sota” vaksini ilə, “Çiçək” xəstəliyinə tutulmaması üçün 30 günlükdə “Çiçək” vaksini ilə peyvənd edilməlidir. 20-30 günlük yaşdan sonra, ayda 1 dəfə olmaqla qurd xəstəliklərinə (helmitozlara) qarşı, bit və gənələrə qarşı dərmanlama aparılmalıdır. Cücələr 2 aylıq yaşa çatdıqda “Nyukasl” (taun) xəstəliyinə qarşı peyvənd edilməli, 6 aydan sonra təkrar “Nyukasl” və “Çiçək” xəstəliklərinə qarşı peyvənd edilməklə quşlar yaşadığı dövrdə “Çiçək” xəstəliyinə yoluxmur. Yaşlı quşlar isə “Nyukasl” xəstəliyinə qarşı ildə 1 dəfə peyvənd olunmalıdır.

Nazirliyin aparıcı məsləhətçisi Umar Şükürlü yumurta istehsalının artırılması mövzusunda çıxış edərk bildirib ki, quşların sayca artırılması və məhsuldarlığının yüksəldilməsi normal yemləmə və gigiyenik tələbatların yerinə yetirilməsi şəraitində mümkündür. Normal yemləmə quşların yumurtavermə qabiliyyətini və yumurtanın inkubasiya keyfiyyətini artırır. Quşların yemlənməsi xüsusilə yumurtlama mövsümündə və tükdəyişmə dövründə daha da gücləndirilməlidir. Düzgün yemləmə quşlarda vitamin və mineral maddələrin çatışmazlığından baş verən xəstəliklərin qarşısını alır. Həmçinin onların orqanizmində yoluxucu xəstəliklərə qarşı müqaviməti artırır. Aşağı keyfiyyətli yemlər (iylənmiş, çürümüş, acımış, kiflənmiş və s.) quşlara verilməməlidir. Çünki belə yemlər yumurtanın zülalını əridir, onun inkubasiya keyfiyyətini azaldır və quşları xəstələndirir.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan bukletlər  onlara paylanıb.

                                                        Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

                                                        Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi