• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Dövlət Universitetinin tələbələrinə təcrübə dərsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsularının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasının III kurs tələbələrinə Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin əkin sahəsində “Mütərəqqi becərmə texnologiyası əsasında intensiv bağçılığın inkişafı ilə əlaqədar olaraq tingçilik təsərrüfatında aqrotexniki tədbirlərin aparılması” mövzusunda təcrübə dərsi keçib.

Dərs zamanı tələbələrə tingçilik təsərrüfatında aqrotexniki tədbirlərin aparılması qaydaları haqqında məlumat verilib.

Qeyd olunub ki, meyvə və giləmeyvə bitkiləri bioloji xüsusiyyətlərindən asılı olaraq vegetativ hissələr olan bığcıq, pöhrə, kolların bölünməsi, həmçinin basma, çilik və calaqla çoxaldılır. Vegetativ çoxalmaya monogen çoxalma da deyilir. Vegetativ calaqaltılar klonal və mikroklonal üsulla çoxalmaları ilə fərqlənir. Mikroklonal üsulla çoxalmada steril şəraitdə bitkinin inkişaf tumurcuğu götürülür və meristemdən minlərlə calaqaltı istehsal edilir. Bu calaqaltılar da vegetativdə olduğu kimi eyni xüsusiyyətə və genə aid olur. Meyvə tingliyinin keyfiyyəti onun yetişdirilməsi üçün seçilən ərazidən xeyli asılıdır. Tingliklər üçün biraz maili olan düz sahələr lazımdır ki, bu əraziləri suvarmaq mümkün olsun. Sahələr su mənbələrinə yaxın, torpağı yaxşı işlənmiş və orta mexaniki tərkibdə olmalıdır. Torpağın üst qatı ilə yanaşı, onun alt qatının da rolu çox böyükdür. Torpağın alt qatı ağır gilli olarsa, torpaq suyu keçirməz və havasızlıq yaradar, qumsal olarsa isə rütubəti saxlamaz. Torpağın alt qatı rütubəti saxlaya bilməlidir.

Keyfiyyətli və sağlam ting yetişdirilməsi üçün növbəli əkin sisteminin də düzgün seçilməsi vacibdir. Növbəli əkin dedikdə, torpağın münbitliyini artırmaqla xəstəlik və zərərvericilərə, habelə alaqlara qarşı mübarizə aparma əsasında bütün əkin sahələrindən yüksək keyfiyyətli məhsul götürmək üçün bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi və bununla əlaqədar görülən tədbirlər sistemi başa düşülür. Zərərverici və xəstəliklərin törədiciləri torpaqda 4 il ərzində qalır. Ona görə tingləri və toxumacarları eyni yerdə təkrarən 2-3 ildən artıq becərmək olmaz. Ting istehsalında ən vacib əməliyyatlardan biri calaqaltı istehsalıdır. Sahəni tinglik üçün hazırlamazdan əvvəl onun bu vaxtadək hansı bitkilərin altında olduğu nəzərə alınır. İlk öncə seçilmiş sahədə ağac və kol bitkilərinin kötükləri çıxarılaraq sahə təmizlənilir.

Həmçinin tələbələrə tinglərin suvarılması üçün damcı suvarma üsulundan istifadənin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.    

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi