• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Təsərrüfat sahiblərinin iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Culfa  Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Əbrəqunus kəndində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Heyvandarlığın inkişaf etdirilməsi və yaylaq mövsümünə hazırlıq” mövzusunda seminar-müşavirə keçiriblər.

Müşavirəni Culfa Rayon İcra Hakimiyyyətinin əməkdaşı Mustafa Cəlilov açaraq rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün  şəraitin olmasından  və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev heyvandarlığın inkişaf etdirilməsindən danışaraq qeyd edib ki,  heyvandarlığın ən gəlirli və mühüm sahələrindən biri qoyunçuluqdur. Qoyunçuluq əhalinin ərzaq məhsullarına olan tələbatında və sənayenin xammalla təmin edilməsində mühüm rol oynayır. Qoyunlar başqa heyvanlara nisbətən yerli iqlim şəraitinə daha yaxşı uyğunlaşmaqla yanaşı, az məsrəflə keyfiyyətli ət, yun, süd və s. məhsullar  verirlər. Sahibkarlar ailə büdcəsinə daha çox gəlir gətirmək və məhsul itkisinə yol verməmək üçün zoobaytar qaydalarına uyğun heyvanların  yemlədirməsinə diqqət yetirməklə yanaşı  qoyunların qırxılması qaydalarına da düzgün əməl etməlidirlər. Vurğulanıb ki, may ayında qoyunçuluq təsərrüfatlarında heyvanların yaz qırxımı başlayır. Yun qırxımı  qoyunların yaylağa qalxmasından əvvəl aprılır. Qoyunların otlaqlara çıxa bilməsi üçün qırxım mütləq günün birinci yarısında aparılmalıdır.

Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev heyvanların yaylaqlara köçürülməsi haqqında danışaraq bildirib ki, yay mövsümünün gəlməsi ilə əlaqədar heyvanların yaylaqlarda saxlanması və bəslənməsi zərurəti yaranır. Heyvanlar köçürülməzdən əvvəl epizootik yol marşurutu xəritəsi alınmalıdır. Heyvanlar əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət etdirilməli, baytar müayinəsi aparmaq və istirahət vermək üçün əvvəlcədən müəyyən edilmiş məntəqələrdə saxlanmalıdır. Köçün marşrutu üzrə dincəlmə məntəqələri baytar işçiləri və yerli icra - bələdiyyə nümayəndələri tərəfindən müəyyən edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytar müayinəsindən keçirilir. Marşrut üzrə köçürülən heyvanların digər sürülərlə qarışmasına yol verilməməli, yol və dincəlmə məntəqələri yolxucu və invazion xəstəliklərə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağrılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb və mütəxəssislər tərəfindən hazırlanan bukletlər tədbir iştirakçılarına paylanıb.

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi