• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şahbuz rayonunda arıçılarla görüş keçirilib

 Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə rayonun Kolanı kəndində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirib.

Tədbirdə arıçıların yaz qayğıları və arı ailələrinə zoobaytar qaydalara uyğun qulluq edilməsinin əhəmiyyəti məsələlərinə toxunulub.

Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Quliyev bildirib ki, rayonun əksər kəndlərinin torpaq-iqlim şəraiti arıçılığın inkişafı üçün çox əlverişlidir. Odur ki, ailə təsərrüfatçıları bu gəlirli sahəyə daha çox diqqət yetirirlər. Hazırda rayonda 1345 arıçı tərəfindən 26 min 920 arı ailəsi bəslənilir. Arıçılığın inkişafı məqsədilə hər il sahibkarlara subsidiya ödənilir.

 Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. O, hazırkı dövrdə arıçılıq sahəsində görüləcək işlər, yaz qayğıları və arı ailələrinə zoobaytar qaydalara uyğun qulluq edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, arıların qışlamadan gümrah çıxması və yazda sürətli inkişafı üçün kifayət qədər yem ehtiyatı saxlanılmalıdır. Həmçinin arı ailələri ildə beş dəfə mərhələli şəkildə yüksək dağlıq ərazilərə, nektarlı bitkilər olan əraziyə köçürülməlidir.

“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov qədim diyarda arıçılığın inkişafı üçün münbit şəraitin olduğunu diqqətə çatdırıb, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə yollarından danışıb.

Mütəxəssislər həmçinin ilkin yazda görülməsi vacib olan zoobaytar tədbirləri də önə çəkiblər.

Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşı Rza İbrahimli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Ziyad Abbasov, Dövlət Baytarlıq Xidmətinin şöbə müdiri Fariz Şıxəliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Habil Nemətov çıxış edərək arıçı-sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan bitkilərin əkinlərinin genişləndirilməsindən, arıçılıq məhsullarının sertifikatlaşdırılmasının və arı ailələrinin sığortalanmasının əhəmiyyətindən bəhs ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə mütəxəssislər sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıb, onlara yaddaş kitabçaları paylayıblar.

 

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
 

 

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi