• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Özünüməşğulluq proqramına cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsi əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə Ordubad rayonunda özünüməşğulluq proqramına cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Umar Şükürlü  “İribuynuzlu və xırdabuynuzlu heyvanların yemləndirilməsi” mövzusunda çıxış edib. Qeyd olunub ki, heyvanları tövlə və otlaq şəraiti dövründə fasiləsiz olaraq yemlə təmin etmək üçün möhkəm yem bazası yaradılmalıdır. Yemin tərkibi, qidalılığı və keyfiyyəti, həmçinin düzgün yemləmə heyvanların sağlamlığının qorunmasında ən mühüm şərtlərdən biridir. Düzgün və tam yemləməmək, habelə keyfiyyətsiz yemlər orqanizmin infeksion və invazion xəstəliklərinə qarşı davamlılığını aşağı salır, bir çox yoluxmayan xəstəliklərin baş verməsinə bilavasitə səbəb olur. Yemləmə rejimi düzgün olmadıqda həzm aparatının sekretor və motor fuksiyası pozulur, mədə-bağırsaq, böyrək, öd kisəsi, qara ciyər və s. xəstəlikləri əmələ gəlir. Həmçinin  yemdə mineral maddələr çatışmadıqda cavan heyvanlar boydan və inkişafdan qalır, infeksion xəstəliklərə qarşı davamlılığı azalır, onlarda raxit xəstəliyi əmələ gəlir. Yaşlı heyvanlarda diri çəki və süd məhsulu azalır, balasalma və yaşamağa qadir olmayan balavermə, qısırlıq baş verir, çoxalma qabiliyyəti aşağı düşür, habelə sümük xəstəlikləri inkişaf edir. Odur ki, sahibkarlar öz təsərrüfatlarında yetişdirdikləri heyvanların sağlamlığını qorumaq, onlardan keyfiyyətli və yüksək məhsul əldə etmək üçün yemləməni yaxşılaşdırmaqla yanaşı yem rasionunu düzgün tərtib etməlidirlər.

Tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi,  sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı sakinlərə məlumatlar verilib. Əlavə olaraq, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi