• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Maarifləndirici tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin mütəxəssisləri tərəfindən Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Dərvişlər kəndində Naxçıvan Dövlət Universitetinin Baytarlıq fakültəsinin tələbələri və heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə “Ana malların qısırlığının aradan qaldırılmasında və məhsuldarlığının artırılmasında süni mayalanmanın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Miryasin Seyidov açaraq tədbirin  əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin direktoru Yusif Qurbanov ana mallarda qısırlığın aradan qaldırılmasında düzgün yemləndirilmənin əhəmiyyətindən danışaraq qeyd edib ki, qısırlığın aradan qaldırılması yollarından biri də ana malların boğazlıq dövründə balanın inkişaf tempindən və boğazlığın neçənci ayında olmasından asılı olaraq zoogigenik qaydalara riayət olunması şərti ilə düzgün yemləndirilməsi və bəslənməsidir. Ana malların hövrə gəlmə zamanlamasının düzgün seçilməsinə riayət olunarsa qısırlıq faizinin aşağı düşməsinə nail olmaq olar. Y.Qurbanov ana malların düzgün yemləndirilməsindən danışaraq vurğulayıb ki, boğazlığın axırıncı iki ayında balanın ana bətnində sürətlə inkişaf etməsini nəzərə alsaq, yemləndirilmə üçün nəzərdə tutulan yemlərin tərkibində qida maddələrinin tələbata uyğun miqdarda olmasına diqqət yetirilməlidir. Boğaz malların doğuşunun axırıncı gününə qədər gəzdirilməsinə, doğuşdan sonrakı ilk 5-7 gün keçdikdən sonra proflaktiki müalicə tədbirlərinin aparılmasına, servis dövründə düzgün yemləndirilməsinə diqqət yetirilməlidir.

Mərkəzin əməkdaşları Məmməd Məmmədov və Vüsalə Qafarova Süni Mayalanma Mərkəzində toxumun alınma qaydası, qablaşdırılması və tətbiqi haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Sonda tədbirdə iştirak edən tələbələrə Şərur rayon Dərvişlər kənd sakini Vüsal Həsənovun heyvandalıq təsərüfatında ana malın süni mayalandırılması praktiki olaraq göstərilib və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi