• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Bostan bitkilərinin əkilib becərilməsi mövzusunda tarla-seminar müşavirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Sədərək Rayon İcra Hakimiyyəti ilə birlikdə Heydərabad qəsəbəsində “Bostan bitkilərinin aqrotexniki qaydalara uyğun əkilib-becərilməsi” mövzusunda ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə tarla-seminar müşavirəsi  keçirilib.

Müşavirəni Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalzadə açaraq son illərdə rayonda əkin döriyəsinə yeni torpaqların qatılmasından, əkinçilik sahəsinə yaradılan şəraitdən və əldə olunan uğurlardan danışıb.

Nazirliyin şöbə müdiri Xaliq Abbasov bostan bitkilərinin aqrotexniki qaydalara uyğun aparılmasından danışaraq vurğulayıb ki, əhalinin ekoloji təmiz və saf məhsullarla təmin edilməsində ailə təsərrüfatçılarının yetişdirdikləri bostan bitkilərinin müstəsna rolu vardır. Naxçıvan Muxtar Respublikasının torpaq iqlim şəraitində bostan bitkilərinin əkilib becərilməsi üçün əlverişli ekoloji mühit mövcuddur. Bostan sahəsindən bol məhsul götürmək üçün onun əkin yerinin düzgün seçilməsi, torpağın analizə verilməsi, torpaqda çatışmayan mikroelementlərin üzvi və mineral gübrələrlə torpağa verilməsi əsas şərtdir. Bostan bitkiləri əkininin birillik və çoxillik otlar, taxıl, paxlalı bitkilər, kartof əkinindən sonra növbəli əkin tətbiq etməklə aparılması məhsuldarlığa öz təsirini göstərir. Bostan bitkilərinin məhsuldarlığı, məhsulun keyfiyyəti əkinin vaxtında və düzgün aparılmasından da çox asılıdır. Əkinlər torpaqda lazımi istilik olan vaxtı,  hər bitkinin əkin normasına uyğun aparılmalıdır. Əgər sıx əkin aparılsa, məhsuldarlıq  və  keyfiyyət aşağı düşür, xəstəliklərin yayılması üçün şərait yaranır. Qeyd olunub ki, bostan bitkilərinə  gübrələri normadan artıq istifadə etdikdə meyvələrdə nitrat toplanır və insanların zəhərlənməsinə səbəb olur. Çalışmaq lazımdır ki, əkindən əvvəl üzvi gübrələr şum altına verilməklə əkin aparılsın. Sonrakı mərhələlərdə mineral gübrələr əkin normasına uyğun yemləmə şəkilində əkinlərə verilsin.

Nazirlin sektor müdiri Valeh Mehdiyev və aparıcı məsləhətçisi Vüsal Mirzəyev əkinlərin aparılması və aqrotexniki qulluğun göstərilməsində müasir kənd təsərrüfatı texnikalardan istifadə edilməsinin əhəmiyyətindən danışaraq bildiriblər ki,  muxtar respublikaya “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə hər il bitkilərin əkilib-becərilməsi üçün kifayət qədər texnika və aqreqatlar alınıb gətirilir. Həmin texnikaların lizinq yolu ilə satışı təşkil olunur ki, bu da bitkiçilikdə əkininin və aqrotexniki tədbirlərinin aparılmasında əl əməyindən istifadə etmədən yüksək məhsuldarlığa nail olunmasına imkan yaradır.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara mütəxəssislər tərəfindən hazırlanmış bukletlər paylanıb.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi