• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Ailə təsərrüfatçıları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Külüs kəndində  ailə təsərrüfatçıları ilə “Ailə təsərrüfatlarının inkişafı, taxıl sahələrinə yemləmə gübrələrinin verilməsinin əhəmiyyəti, alaq otlarına qarşı mübarizə tədbirlərin aparılması və suvarmalar üçün ayrılmış sudan səmərəli istifadə edilməsi” mövzusunda görüş keçirilib.   

 Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov açaraq aqrar sahənin inkişafında ailə təsərrüfatlarının rolundan və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov ailə təsərrüfatlarının inkişafından, taxıllara yemləmə gübrəsinin verilməsindən və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasının əhəmiyyətindən danışaraq  qeyd edib ki, muxtar respublikamızda aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla icra olunmasında və kənd təsərrüfatı məhsullarının istehsalında ailə təsərrüfatlarının xüsusi yeri vardır.  Ailə təsərrüfatlarının çoxşaxəli inkişafı  özünüməşğulluğun təmin olunması, intensiv məhsuldarlığa nail olunması və davamlı ərzaq təminatının yaradılması kimi mühüm məsələlərə stimul verir. Bu baxımdan da muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl olaraq təxirəsalınmaz tədbirlər  həyata keçirilir.

Mütəxəssis bildirib ki, taxıllara yemləmə gübrəsinin vaxtında və düzgün  verilməsi məhsuldarlığın 30-40 faiz yüksəldilməsində mühüm rol oynayır. Alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması isə əkinlərə verilən üzvi və mineral gübrələrin bitkilər tərəfindən yaxşı mənimsənilməsinə şərait yaradır və sahələrdən təmiz məhsul tədarük olunur.

Daşınmaz Əmlak və Torpaq Məsələləri  üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov suvarma sularından səmərəli istifadə edilməsinin əhəmiyyətindən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Əli Şərifov isə ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların qablaşdırılması və sertifikatlaşdırılması istiqamətində istehsalçılara göstərilən dövlət dəstəyindən danışıb.

Sonda ailə təsərrüfatçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

ktn.nakhchivan.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : ktn@nakhchivan.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi