Mətbuat xidməti Hesabatlar
hesabat

Kənd təsərrüfatı sahəsində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi oktyabr ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Payızlıq taxıl əkinlərinin optimal müddətə başa çatdırılması və şırım üsulu ilə əkin aparılmasının üstünlüklərinin əhəmiyyəti mövzusunda maarifləndirici tədbirlər tarla-seminar müşavirələri keçirilmiş, ailə təsərrüfatlarının ixtisaslaşması, orta və kiçik sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində işlər davam etdirilmişdir. Ötən ay torpaq mülkiyyətçilərinin müraciəti əsasında taxıl əkinlərinə hazırlığın aparılması, toxum və sələflərin müəyyənləşdirilməsi, toxumun dərmanlanması, səpin normaları və müddətləri,meyvə bağlarında və üzüm sahələrində payız becərmələrinə dair məsləhətlər verilmişdir. “Araz” ElmİstehsalatBirliyinə torpaqmülkiyyətçilərinin təqdim etdikləri torpaq nümunələri birliyin laboratoriyasında analiz olunmuş, torpaqdan istifadə qaydaları haqqında məlumat verilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmiş, heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalanmanın əhəmiyyəti, qışlamaya hazırlıq və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunmuşdur.

 

Təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyul ayında muxtar respublikanın şəhər və rayonlarında ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarlarla tarla-seminar müşavirələri keçirilmiş, yeni ailə təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır.
Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün torpaq mülkiyyətçilərinə müvafiq köməklik göstərilmiş, biçindən sonra sahələrin küləşdən təmizlənməsi və yandırılmasının zərərləri ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Həmçinin muxtar respublikada məhsul bolluğunun yaradılması istiqamətində biçindən sonra təkrar yay əkinlərinin aparılmasının əhəmiyyəti və sahələrin hazırlanması ilə bağlı tədbirlər keçirilmiş, kartofçuluq, meyvə-tərəvəz, bostançılıqla məşğul olan torpaq mülkiyyətçilərinə tövsiyələr verilmiş, üzüm sahələrinin becərilməsinə dair qaydalar izah olunmuşdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə görüşlər, yaylaqlardan səmərəli istifadə edilməsi ilə bağlı müşavirələr keçirilmiş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirləri davam etdirilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin laboratoriyasında torpaq nümunələri analiz edilərək nəticələrə dair yekun aktları verilmişdir.

 

Aqrar sahə inkişaf etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə may ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Müşavirələrdə kartof, soğan, qarğıdalı əkinlərində yeni texnoloji avadanlıq və aqreqatlardan istifadənin üstünlüklərindən danışılıb, meyvə-tərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına əkinlərə aqrotexniki qaydalara uyğun qulluq edilməsi haqqında məlumatlar verilib. Nazirliyin mütəxəssisləri tərəfindən hazırlanan buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb. Taxıl biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar biçində iştirak edən kombayn sahibləri ilə söhbətlər aparılıb, müvafiq köməkliklər göstərilib. Ötən ay 46 hektar üzümlük, 24 hektar bostan, 94 hektar qarğıdalı, 38 hektar tərəvəz sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına, 3265 hektar taxıl sahəsində yabanı turpəng və digər alaq otlarına və 1150 hektar yonca sahəsində fitonomus uzunburununa qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsinə dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilib. İri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilib, arıların mərhələli şəkildə köçürülməsinin əhəmiyyəti onların diqqətinə çatdırılıb. Həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, qoyunçuluqda yun qırxımının mütəşəkkil keçirilməsi və yay otlaqlarından səmərəli istifadə edilməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib.

 
 

Təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi aprel ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarlarla tarla seminar müşavirələri keçirmiş, yeni ailə təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır. Yaz tarla işlərinə başlanılması ilə əlaqədar əkin atlaslarından istifadə edilməsi, növbəli əkin sisteminə əməl etməklə sahələrin hazırlanması ilə bağlı tədbirlər, Şərur, Babək, Culfa, Kəngərli rayonlarında kartofçuluq, meyvətərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına tövsiyələr verilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin meyvə bağında və digər əkin sahəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş təşkil olunmuş, meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsində aqrotexniki tədbirlərin keyfiyyətlə aparılmasının və növbəli əkinlərin tətbiqinin əhəmiyyəti barədə tələbələr qarşısında maarifləndirici çıxışlar edilmişdir. Ötən ay 136 torpaq sahibkarının müraciəti əsasında meyvə bağlarında quru budama, həmçinin zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılmasına, 21 hektar yenisalınmış üzümlük, 4 hektar istixana təsərrüfatı, 36 hektar bostan, 48 hektar qarğıdalı, 13 hektar meyvətərəvəz sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına, eləcə də 3000 hektar taxıl, 1336 hektar yonca sahəsində kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsinə dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmişdir. Həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirləri davam etdirilmişdir.

 

Aqrar sahədə maarifləndirmə işləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin ilk üç ayında fəaliyyətini illik iş planının və Dövlət Proqramlarının icrası istiqamətində qurub. Belə ki, “Ailə təsərrüfatlarının inkişafı üzrə” təsdiq edilmiş tədbirlər planında qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb, payızlıq taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti mövzusunda tədbirlər keçirilib. Ötən dövrdə torpaq mülkiyyətçilərinin müraciəti əsasında meyvə bağlarında quru budama,  zərərverici və xəstəliklərə qarşı mübarizə, 6 hektar yeni salınmış üzümlük, 0,4 hektar meyvə-tərəvəz parniki, 3,9 hektar istixana təsərrüfatı sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə məsləhətlər verilib, tarla-seminar müşavirələri keçirilib.

“Araz” Elm İstehsalat Birliyi tərəfindən torpaq tədqiqatı işləri davam etdirilib. Belə ki, Şərur, Babək, Kəngərli rayonlarının kəndlərindən torpaq nümunələri götürülüb, torpağın qida maddələri ilə təmin olunma kartoqramları hazırlanaraq kənd bələdiyyələrinə təqdim olunub, torpaqdan istifadə qaydaları haqqında məlumat verilib. Tərtib  olunmuş Əkin Atlaslarından səmərəli istifadə etməklə növbəli əkinlərin tətbiq olunmasının əhəmiyyəti, məhsuldar toxum sortlarından istifadə etməklə yüksək məhsuldarlığa nail  olunması yolları mövzularında torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılıb. Həmçinin müasir texnologiyaların imkanlarından səmərəli istifadə olunması və əkin zamanı çətinliklərin yaranmaması üçün texnika sahiblərinə məsləhətlər verilib.

İri arıçılıq təsərrüfatlarının sahibkarları ilə “Arı ailələrinin köçürülməsinin əhəmiyyəti” və “Yaz mövsümündə arılara qulluq” mövzularında müşavirələr keçirilib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində suni mayalandırma işlərinin aparılmasının əhəmiyyəti, zoobaytar qaydalarına uyğun yemləndirilməsi, döl kompaniyasının mütəşəkkil keçirilməsi ilə bağlı maarifləndirmə işləri davam etdirilib.

 
 

Səhifə 2 > 4-dən

Joomla 1.5