Mətbuat xidməti Hesabatlar
hesabat

Aqrar sahənin inkişafı diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyin mütəxəssislərin iştirakı ilə may ayında  mütamadi olaraq rayonlarda torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilib. Şərur rayonunun kartof əkini sahələrində həyata keçirilməsi vacib sayılan aqrotexniki qulluq işləri, kalorodo böcəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması haqqında maarifləndirici söhbətlər təşkil edilib. Şahbuz və Kəngərli rayonlarında “Əkinlərdə və meyvə bağlarında xəstəlik, zərərvericilər və alaq otlarına qarşı aparılacaq kompleks tədbirlər” mövzusunda müşavirələr keçirilib.

18 may 2018-cı il tarixdə Naxçıvan Dövlət Universitetində keçirilən “IV Naxçıvan Beynəlxalq arıçılıq konfransı”nda nazirliyin əməkdaşları “Muxtar  respublikada arıçılığın müasir vəziyyəti və inkişaf perspektivləri”, “Arı yetişdirmə seleksiya - damazlıq işi və yerli arı genefondunun qorunma yolları” və “Arıların askosferoz xəstəliyi və ona qarşı mübarizə tədbirləri” adlı mövzularda çıxış ediblər. Onlar  yerlərdə arıxanalara baxış keçirib əyəni olaraq görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə əlaqədar kombayınçılar və mexanizatorlarla maarifləndirici söhbətlərdə yadaqalan olub. Söhbət zamanı kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi, qeydiyyat olunması, nömrə nişanlarının, traktorçu - maşinist vəsiqələrinin verilməsi və dəyişdirilməsi işləri həyata keçirilib. Texniki baxış zamanı cari ildə taxıl biçini kompaniyasında 95  kombaynın  istirak edəcəyi müəyyənləşdirilib.

25 may 2018-ci il tarixdə nazirlikdə Naxçıvan Muxtar  Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı  Komitəsinin nümayəndəsilə birlikdə  İslam İnkişaf Bankının Azərbyacan üzrə koordinatoru  və Azərbaycan ofisinin nümayəndələri  ilə  icra edilmiş layihələr nəticəsində əkin dövriyyəsinə daxil edilmiş torpaq sahələrinin istifadə vəziyyətinə dair müzakirə keçirilib.

 

Səhifə 5 > 5-dən

Joomla 1.5