Mətbuat xidməti Hesabatlar
hesabat

Kənd təsərrüfatı sahəsində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fevral ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Havaların mülayim keçməsi ilə ələqədar payızlıq taxıl əkinlərinə birinci mərhələdə mineral gübrələrin verilməsinin əhəmiyyəti mövzusunda maarifləndirici tədbirlər, tarla-seminar müşavirələri, Şərur, Babək, Culfa, Kəngərli rayonlarında kartofçuluqla məşğul olan torpaq sahibkarları ilə görüşlər keçirilib, əkin yerlərinin hazırlanması və əkiləcək əkin materialının təsərrüfat yararlılığı haqqında tövsiyələr verilib. Yeni  salınmış 4 hektar  üzümlük, 0,4 hektar tərəvəz parniki, 2,6 hektar istixana təsərrüfatı  sahələrində  kompleks  becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə məsləhətlər verilib. Həmçinin payızlıq taxıl və çoxillik əkinlərdə, meyvə bağlarında müşahidələr aparılaraq gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri üçün yerli icra orqanlarına dərman preparatları verilib.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülüb, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilib, heyvandarlıq təsərrüfatlarında qışlamaya hazırlıq və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunub.

 

Ailə təsərrüfatlarının yaradılması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanvar ayında öz fəaliyyətini nazirliyin illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında ailə təsərrüfatı sahiblərinin iştirakı ilə ixtisaslaşmış ailə təsərrüfatlarının yaradılması və məhsuldarlığın artırılması yolları mövzularında maarifləndirici tədbirlərin keçirilməsinə başlanılmışdır. Həmçinin meyvə bağlarında, üzümlüklərdə, tərəvəz əkini sahələrində, o cümlədən istixana təsərrüfatlarında becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmiş, torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilmiş, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılmışdır. “Araz” Elm-İstehsalat Birliyi torpaq tədqiqatını davam etdirmiş, Şərur rayonunun Püsyan, Təzəkənd, Kürkənd, Kürçülü, Qorçulu, Qışlaqabbas, Sərxanlı kəndlərinin torpaqlarının qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq həmin kəndlərin bələdiyyə orqanlarına təqdim olunmuş, onlardan istifadə qaydaları haqqında torpaq mülkiyyətçilərinə ətraflı məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikasında arıçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı arıçılıqla məşğul olan sahibkarların yığıncağı keçirilmiş, qarşılıqlı əlaqələrin qurulması, bal və arıçılıq məhsullarının istehsalının artırılması istiqamətində görüləcək işlər müzakirə olunmuş, yaz əkininin optimal müddətdə başa çatdırılması üçün istifadə olunan texnikaların vəziyyəti nəzarətdə saxlanılmışdır.

 

Kənd təsərrüfatı sahəsində işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi noyabr ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Ötən dövrdə 2019-cu ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin optimal müddətdə başa çatdırılması, meyvə və üzüm bağlarında məhsul yığımından sonra aqrotexniki tədbirlərin vaxtında aparılması, bazar və yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür. Meyvə bağlarında, üzümlüklərdə, tərəvəz əkini sahələrində, o cümlədən istixana və parnik təsərrüfatlarında becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmiş, torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmiş, heyvandarlıq təsərrüfatlarında qışlamaya hazırlıq və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunmuşdur. Payız taxıl əkinində istifadə olunan texnikaların sazlığı daim nəzarətdə saxlanılmışdır.

 
 

Kənd təsərrüfatı inkişaf etdirilir

Nazirlik 2018-ci ilin oktyabr ayında öz fəaliyyətini nazirliyin illik iş planının və dövlət proqramlarının icrası istiqamətində həyata keçirib.

Bitkiçilik sahəsi üzrə cari ilin oktyabr ayında nazirliyin iş planına uyğun olaraq bir sıra işlər görülüb. Payızlıq taxıl əkinlərinin aparılması ilə əlaqədar olaraq şum qaldırılması, toxumun dərmanlanması, 2019-cu ilin məhsulu üçün cari ilin payızlıq taxıl əkini kampaniyasının mütəşəkkil keçiriliməsi və taxıl əkinlərinin şırım üsulu ilə aparılması, səpinin optimal müddətdə keçirilməsi və qarğıdalı biçininin başa çatdırılması, təkrar əkinlərdə və digər tərəvəz sahələrində məhsulun yığılması, meyvə və üzüm bağlarında payız-qış becərmələrinin aparılması ilə əlaqədar olaraq sahibkarların və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, payızlıq taxıl əkini kampaniyasının mütəşəkkil keçirilməsi məqsədilə sahənin seçilməsi, şum qaldırılması və şırım üsulu ilə səpin keçirilməsinin məhsuldarlığın yüksəldilməsində əhəmiyyəti mövzusunda Şərur və Babək rayonlarında sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib. Babək rayonunun Cəhri kənd sakinləri Sənan Novruzov və Yasin Fətullayevin, Sərur rayonunun Diyadin kənd sakini Orxan Həsənovun müraciətlərinə əsasən payızlıq taxıl əkinləri həyata keçirilərkən toxumun dərmanlanmasının əhəmiyyəti barədə maarifləndirici məlumatlar verilib. Şahbuz rayonunun Daylaqlı, Babək rayonunun Nəzərabad kəndlərində torpaq mülkiyyətçiləri ilə görüş keçirilib. Onlara meyvə bağlarında payız becərmələrilə bağlı məsləhət və tövsiyələr verilib. Naxçıvan şəhəri ətrafındakı ərazilərdə müşahidələr aparılıb. Əkinçiliklə məşğul olan torpaq mülkiyyətçiləri ilə görüş keçirilib. Onlara siçanabənzər gəmiricilərə qarşı mübarizə mövzusunda maarifləndirici məlumatlar verilib. Aparılan kimyəvi mübarizə tədbirində iştirak edilərək köməkliklər edilib. 17 torpaq mülkiyyətçisinin müraciəti əsas götürülərək onlara  torpaq strukturuna uyğun olaraq taxılın hansı sortlarının əkilməsinə dair məsləhətlər verilib. 9 hektar yeni salınmış meyvə bağı, 16 hektar üzümlük, 3 hektar səbzə-tərəvəz, 6 hektar istixana və parnik təsərrüfatı sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə aqronomik tövsiyələr verilməsi təmin edilib. Nazirliyin mütəxəssisləri toxumçuluq təsərrüfatlarında olmuş, yazlıq və payızlıq taxıl əkinlərindən tədarük edilmiş toxumların laboratoriya analizlərindən keçirilərək sertifikatlaşdırılması haqqında təsərrüfat rəhbərlərini maarifləndiriblər. Muxtar respublikası ərazisində istixana və parnik işləri ilə məşğul olan sahibkarlarla görüşüb, onlara istixana şəraitində tələb olunan qarantiyalı, keyfiyyətli toxum və şitillərin alınıb gətirilməsində köməklik etmiş, xəstəlik və zərərvericilərin qarşısının vaxtında alınmasına dair məsləhət və tövsiyyələr vermişlər. Türkiyə Respublikasından taxıl toxumu və şitil yetişdirilməsi məqsədilə torf gətirmək üçün müraciət edən iki sahibkara köməklik göstərilərək Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə müyafiq qaydada məktub göndərilib.“Araz” Elm İstehsalat Birliyinin elmi əməkdaşlari tərəfindən 1 (bir) elmi məqalə hazırlanıb və nəşr üçün təqdim olunub. Birliyin Aqrokimya torpaqşünaslıq və torpaqların Kütləvi Analizləri şöbəsi tərəfindən Şahbuz rayonunun Mahmudoba, Nurs, Şahbuz kənd, Keçilli kəndlərində torpaq nümunələri götürülmüş, laborator analizləri aparılır. 2019 - cu ilə təcrübələrin aparılması üçün sahə hazırlanıb. Həmin sahədə 100 ( bir yüz) ədəd bərk və yumuşaq buğda sortları və hibridlərinin Naxçıvan şəraitində öyrənilməsi planlaşdırılır.

Nazirliyin aid şöbələri Naxçıvan şəhərində şənbə və bazar günlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında iştirak edərək bitkiçilik və heyvandarlıq məhsullarının satış qiymətlərinin süni artırıl mamasına nəzarət ediblər.

Heyvandarlıq sahəsi üzrə Nazirlik əməkdaşları tərəfindən “2017-2022- ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Kəngərli rayonunun Çalxanqala kəndində, Culfa şəhərində sahibkar İlqar Hüseynovun arıçılıq təsərrüfatında arı ailələrinin payız mövsümünə hazırlıq, arıxanalarda baytarlıq tədbirlərinin aparılması və yeni texnologiyalar əsasında arıçılıq məhsullarının istehsalına dair müşavirə keçirilib. 20-21 oktyabr 2018-ci il tarixlərdə Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları-bal” festivalında iştirak edilib, bal festivalın əhəmiyyəti və gedişi ilə əlaqədar Naxçıvan Dövlət Radiosuna, Naxçıvan Dövlət Televiziyasına, Kanal-35 televiziyasına, “Nuhçıxan” saytına, “Lider” Televiziyasına və “İctimai” Televiziyaya müsahibələr verilib.

Babək Rayonunun Babək qəsəbəsində sahibkar Vilayət İmanovun maldarlıq təsərrüfatında qışlamaya hazırlıq və mal-qaranın normalara uyğun doğranmış və üyüdülmüş yemlərlə yemləndirilməsinin əhəmiyyəti ilə bağlı maarifləndirici görüş keçirilib

Texniki nəzarət və aqroservis sektoru tərəfindən 2018-ci ilin oktyabr ayında bir sıra işlər yerinə yetirilib. Belə ki, Yaponiya Hökümətinin qrantı, Tərəfdaşlıq Fondu və Naxçıvan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilmiş və icarəyə verilmiş texnikaların icarədarları ilə yerlərdə görüşlər keçirilmiş və icarə haqlarının bağlanılmış müqaviləyə uyğun vaxtı-vaxtında ödənilməsinə və texnikalardan daha səmərəli istifadə olunmasına dair müvafiq məsləhətlər verilib. Qarğıdalı biçən kombaynların sahibləri ilə mütəmadi olaraq söhbətlər aparılmış, qarğıdalının vaxtında və itkisiz yığılması üçün kombaynlar tam təmir edilərək biçinə hazırlanmışdır. Payız əkinində iştirak edəcək bütün texnikaların sazlıq vəziyyəti araşdırılmış, texnikaların təmir olunmasında mexanizatorlara əməli köməkliklər edilmişdir. Taxıl əkinində iştirak edəcək şum traktorları, toxum səpənlər, toxum təmizləyənlər və şırım açanların hazırlıq vəziyyəti araşdırılaraq texnika sahibləri ilə fərdi qaydada söhbətlər aparılıb.

Ümumilikdə, sentyabr ayı ərzində fermerlərin və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə Naxçıvan Dövlət Televiziyasında 18 dəfə çıxış edilib. “Şərq qapısı” və rayon qəzetlərinə dərc edilməsi üçün 15 məqalə göndərilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun strukturuna daxil olan idarə və təşkilatlar bundan sonra da aqrar sahənin inkişafı ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səy göstərəcəkdir

 

Aqrar sahə inkişaf etdirilir

Naxçıvan Muxtar  həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatı ödənilir. Güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması  muxtar respublikada  kənd  təsərrüfatının  dinamik  inkişafını  təmin  edilib. Bunu 2018-ci ilin ötən 9 ayının nıticələri bir daha təsdiq edir.

Muxtar respublikada strateji məhsul olan taxılın əkilib beçərilməsi, əkin sahələrinin ilbəil artırılması daim diqqətdə saxlanılır. Görülmüş işlərin nəticəsində 2018-ci ilin məhsulu üçün əkilmiş 32483 hektar taxıl sahələrindən  97689 ton məhsul tədarük edilib. Keçən ilin payızında  əkilmiş taxıl sahələrinə görə istehsalçılara cari ilin fevral ayında  yanacaq və  sürtkü yağlarına görə 6907 nəfərə hər hektara 50 manat olmaqla becərdikləri 30925 hektar sahə üçün 1.546.250,0 manat yardım verilb.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkşafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası istiqamətində  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliyi  tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. “Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsində ailə təsərrüfatlarının rolu” mövzusunda muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində  sahibkarların iştirakı  ilə  geniş müşavirələr keçirilib, onlara məsləhət və tövsiyələr verilib. Nazirliyin strukturu olan Akademik Həsən Əliyev adına  “Araz” Elm İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində meyvəçiliyə aid təcrübə davam etdirilib,  372 meyvə sortu toplanaraq genefond kimi qorunmaqdadır. Birliyin Nehrəm Sort-Sınaq məntəqəsində 1,5 hektar üzüm bağında tədqiqat və becərmə işləri  aparılıb. Məntəqədə 17  üzüm  sortu  və 5 üzüm hibridi  üzərində tədqiqat işləri sınaqdan keçirilməkdədir.

Əhalini il boyu yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə  hazırda muxtar  respublikada  ümumi  tutumu 14 min 245 ton olan 33 soyuducu anbar və sahəsi 129 min 162 kvadratmetr olan 22 istixana  kompleksi fəaliyyət göstərir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazar tələbinin ödənilməsinə və əhalini il boyu meyvə-tərəvəz məhsulları ilə təmin olunmasına imkan verir.

Torpaqların münbitliyini artırmaq məqsədilə  cari ilin əvvəlində Akademik Həsən Əliyev adına  “Araz” Elm İstehsalat Birliyi payızlıq və yazlıq əkinlərin üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnməsi haqqında fermer və torpaq mülkiyyətçilərinə televiziya və mətbuat vasitəsi ilə məlumatlar verilib. Həmçinin birliyin əməkdaşları tərəfindən muxtar respublikanın Şərur,Culfa və Kəngərli rayonları ərazisində, ümumilikdə 16 kənddə torpaq tədqiqat işləri aparılaraq torpaq xəritələri və qida maddələri kartoqramları hazırlanıb. Ötən dövrdə yazlıq toxum nümunələri nazirliyin Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin laboratoriyasında analizdən keçirilib.  Bu məqsədlə 469 ton kartof, 120 ton arpa, 8,9 kq müxtəlif ot, 1 ton xaşa, 0,6 ton şəmbəllə, 15 ton qarğıdalı, 0,4 ton günəbaxan, 0,98 ton tərəvəz, 0,19 ton bostan, 8 ton paxlalı bitki toxum nümunələri götürülərək analiz olunub. Torpaq mülkiyyətçilərinə nəticə aktı təqdim edilib.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatları gətirilb, pulsuz olaraq yerli icra hakimiyyəti və bələdiyyələr vasitəsilə sahibkarlara çatdırılıb, 1603 hektar sahədə müşahidə edilən siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Çoxillik ot-yonca  sahələrində zərərverici olan fitonomusa qarşı 675 hektar sahədə kartofun zərəvericisi olan  kolorado  kartof  böcəyinə qarşı 174 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.

Müasir dövrdə kənd təsərrüfatını texnikasız təsəvvür etmək mümükün deyil. Bu məqsədlə kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikasının sazlığının başlıca şərtlərdən olmasını nəzərə alaraq nazirliyin Texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilib, lazım olan ehtiyyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər görülüb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 207 ədədi 2018-ci ilin ötən dövrü ərzində olmaqla, ümumilikdə  2390 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib. 2018-ci ilin ötən dövrü ərzində 1837 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 154 ədədi isə nağd yolla satılıb. Ümumilikdə muxtar respublika üzrə 3167 ədəd texnika mövcuddur.

Muxtar  respublika əhalisinin yerli ət və ət məhsulları, süd və süd məhsulları ilə təmin olunması məqsədilə  yeni fermer təsərrüfatları yaradılıb, fəaliyyət göstərən təsərrüfatlarda mal –qaranın cis tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırma işləri aparılıb. 01 iyul 2018-ci il tarixə muxtar respublika üzrə iribuynuzlu malların baş sayı 122087 baş, xırdabuynuzlu heyvanların sayı 768820 baş olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2080 baş iribuynuzlu mal, 14153 baş xırdabuynuzlu heyvanlar artıb.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada arıçılığın inkişafı, damazlıq işinin yaxşılaşdırılması, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanması və təkmilləşdirilməsi, yeni cinslərin yetişdirilməsi üçün əlverişli mühitin formalaşdırılması son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olub.

2018-ci ilin ötən dövrü ərzində kənd təsərrüfatının müxtəlif sahələri üzrə sahibkarların maarifləndirilməsi  məqsədilə televiziyada 110 dəfə veriliş və müsahibələr, radiolarda 24 dəfə verilişlər səsləndirilib.  23 ədəd buklet-informasiya kitabçaları çap edilərək rayonlara göndərilib.

Əhalinin tələbatının yerli kənd təsərrüfatı məhsulları ilə ödəmək, süni qiymət artımının qarşısını almaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının marağını artırmaq məqsədilə hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və digər günlərdə rayon mərkəzlərində ənənəvi kənd təsərrüfatı məhsulları yarmarkaları təşkil edilib.

 
 

Səhifə 3 > 4-dən

Joomla 1.5