Mətbuat xidməti Hesabatlar
hesabat

Aqrar sahədə maarifləndirmə işləri aparılır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanvar ayında öz fəaliyyətini nazirliyin illik iş planı və dövlət proqramlarının icrası istiqamətində qurmuş, maarifləndirici tədbirlər diqqətdə saxlanılmışdır. Belə ki, ötən ay istixanalarda şitillə əkilən tərəvəz sahələrində yüksək məhsuldarlığa nail olunması üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılması barədə müşavirələr keçirilmişdir. Meyvə və üzüm bağlarında, taxıl sahələrində gəmiricilərə qarşı müşahidələr aparılaraq sahələr müəyyənləşdirilmiş, onlara qarşı kimyəvi mübarizə aparılması qaydaları izah edilmişdir. Qoyunçuluq və quşçuluq təsərrüfatlarında heyvan və quşlara zoobaytar qaydalara uyğun qulluq edilməsi, yumurta istehsalının artırılması barədə də maarifləndirici tədbirlər təşkil olunmuşdur. “Araz” Elm-İstehsalat Birliyinin elmi şurasında kənd təsərrüfatında tədqiqat işlərinin aparılması mövzuları müzakirə edilmiş və təkliflər verilmişdir

 

Aqrar sahədə maarifləndirmə tədbirləri davam etdib

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən noyabr ayında dövlət proqramlarının icrası diqqətdə saxlanılmış, payızlıq taxıl əkinlərinin optimal müddətə başa çatdırılması, əkindən sonra aqrotexniki tədbirlərin görülməsi istiqamətində torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Meyvə və üzüm bağlarında payız mövsümündə görüləcək tədbirlərlə bağlı seminarmüşavirələr keçirilmiş, torpaq mülkiyyətçilərinə yeni meyvə bağları və üzümlüklərin salınması qaydaları,sahibkar və ailə təsərrüfatı başçılarına meyvə-tərəvəz, əsasən, tərxun bitkisinin yetişdirilməsi üçün təbiişəkildə qızdırılması mümkün olan anqartipli istilik təsərrüfatlarının yaradılmasına dair məsləhətlər verilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən Şahbuz və Kəngərli rayonlarının kənd təsərrüfatına yararlı torpaq sahələrindən nümunələr götürülmüş, tərkibindəki qida maddələrinin miqdarını müəyyənləşdirmək üçün kimyəvi analizlər aparılmışdır.Analizlərin nəticələrinə uyğun olaraq qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə göndərilmişdir. Həmçinin ailə təsərrüfatçıları, fermerlər tərəfindən istixana və meyvə bağlarından xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılmış, onlara lazımi mübarizə tədbirlərinin aparılması istiqamətində tövsiyələr verilmişdir. Heyvandarlıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmiş, heyvandarlıq təsərrüfatlarında qışlamaya hazırlıq, süni mayalanmanın üstünlükləri, döl kampaniyasının mütəşəkkil aparılması və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunmuşdur.

 

Kənd təsərrüfatı sahəsində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi oktyabr ayında fəaliyyətini illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. Payızlıq taxıl əkinlərinin optimal müddətə başa çatdırılması və şırım üsulu ilə əkin aparılmasının üstünlüklərinin əhəmiyyəti mövzusunda maarifləndirici tədbirlər tarla-seminar müşavirələri keçirilmiş, ailə təsərrüfatlarının ixtisaslaşması, orta və kiçik sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində işlər davam etdirilmişdir. Ötən ay torpaq mülkiyyətçilərinin müraciəti əsasında taxıl əkinlərinə hazırlığın aparılması, toxum və sələflərin müəyyənləşdirilməsi, toxumun dərmanlanması, səpin normaları və müddətləri,meyvə bağlarında və üzüm sahələrində payız becərmələrinə dair məsləhətlər verilmişdir. “Araz” ElmİstehsalatBirliyinə torpaqmülkiyyətçilərinin təqdim etdikləri torpaq nümunələri birliyin laboratoriyasında analiz olunmuş, torpaqdan istifadə qaydaları haqqında məlumat verilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmiş, heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalanmanın əhəmiyyəti, qışlamaya hazırlıq və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunmuşdur.

 
 

Təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyul ayında muxtar respublikanın şəhər və rayonlarında ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarlarla tarla-seminar müşavirələri keçirilmiş, yeni ailə təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır.
Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün torpaq mülkiyyətçilərinə müvafiq köməklik göstərilmiş, biçindən sonra sahələrin küləşdən təmizlənməsi və yandırılmasının zərərləri ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Həmçinin muxtar respublikada məhsul bolluğunun yaradılması istiqamətində biçindən sonra təkrar yay əkinlərinin aparılmasının əhəmiyyəti və sahələrin hazırlanması ilə bağlı tədbirlər keçirilmiş, kartofçuluq, meyvə-tərəvəz, bostançılıqla məşğul olan torpaq mülkiyyətçilərinə tövsiyələr verilmiş, üzüm sahələrinin becərilməsinə dair qaydalar izah olunmuşdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər görülmüş, iri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə görüşlər, yaylaqlardan səmərəli istifadə edilməsi ilə bağlı müşavirələr keçirilmiş, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma tədbirləri davam etdirilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin laboratoriyasında torpaq nümunələri analiz edilərək nəticələrə dair yekun aktları verilmişdir.

 

Aqrar sahə inkişaf etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə may ayında muxtar respublikanın şəhər və rayonlarında ayrı-ayrı ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Müşavirələrdə kartof, soğan, qarğıdalı əkinlərində yeni texnoloji avadanlıq və aqreqatlardan istifadənin üstünlüklərindən danışılıb, meyvə-tərəvəz və bostançılıqla məşğul olan torpaq sahibkarlarına əkinlərə aqrotexniki qaydalara uyğun qulluq edilməsi haqqında məlumatlar verilib. Nazirliyin mütəxəssisləri tərəfindən hazırlanan buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb. Taxıl biçininin mütəşəkkil keçirilməsi ilə əlaqədar biçində iştirak edən kombayn sahibləri ilə söhbətlər aparılıb, müvafiq köməkliklər göstərilib. Ötən ay 46 hektar üzümlük, 24 hektar bostan, 94 hektar qarğıdalı, 38 hektar tərəvəz sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına, 3265 hektar taxıl sahəsində yabanı turpəng və digər alaq otlarına və 1150 hektar yonca sahəsində fitonomus uzunburununa qarşı kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsinə dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilib. İri arıçılıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilib, arıların mərhələli şəkildə köçürülməsinin əhəmiyyəti onların diqqətinə çatdırılıb. Həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, qoyunçuluqda yun qırxımının mütəşəkkil keçirilməsi və yay otlaqlarından səmərəli istifadə edilməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib.

 
 

Səhifə 1 > 3-dən

Joomla 1.5