Mətbuat xidməti Xəbərlər

Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclası nazir Bəhruz Bayramov açaraq bildirib ki, qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.

Ardını oxu...

 

Culfa rayonunda maarifləndirici tədbir keçirilib

01 dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Culfa rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Yaycı kəndində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçılarının iştirakı ilə “Sarımsaq bitkisinin əkilib becərilmə texnologiyası” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirin məqsədi Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitində sarımsaq bitkisinin aqrotexnikanın tələblərinə uyğun əkilib becərilməsi tədbirlərinə elmi əsaslarla tövsiyə verməkdən ibarətdir. Naziliyin şöbə müdiri Əsgər Həsənov sarımsaq əkini üçün torpaq sahəsinin qida mühiti və sələflərinə görə seçilməsi, əkiləcək sortun botaniki, biomorfoloji xüsusiyyətləri eləcə də əkin sxemləri və digər kompleks becərmələr haqqında tədbir iştirakçıları ilə fikir mübadiləsi aparmışdır. Əyani olaraq cərgə və bitki arası qida sahələrinin izahı verilmiş, sahibkarlar tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır.Sonda nazirliyin mütəxəssisləri tərəfindən hazırlanmış mövzunu əhatə edən bukletlər ailə təsərrüfatçılarına çatdırılmışdır.

 
 

Heyvandarlığın inkişafı ilə bağlı kitab və atlasın təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayevin “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” və “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” kitabının təqdimatı olub. Tədbirdə Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov çıxış edərək bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur.

Ardını oxu...

 
 

Qışlamaya hazırlıqla bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası KəndTəsərrüfatı Nazirliyinin və DövlətBaytarlıq Xidmətinin əməkdaşları Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı rayonun bir neçə ailə təsərrüfatı başçıları ilə tədbir keçiriblər. Tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov açaraq qeyd edib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl işlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı ƏyyubAbdullayev, Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Hüseyn Məmmədov tədbirdə çıxış edərək qışlama dövründə mal-qaranın yemləndirilməsi,saxlanması və zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti, baytarlıq tədbirlərinin vaxtında aparılmasının vacibliyindən danışıblar. Bildirilib ki, mal-qarası çox olan iri təsərrüfat sahibləri onların yaşına, məhsuldarlığına və fizioloji vəziyyətinə uyğun bina və bölmələr hazırlamalıdırlar. Tövlələr dezinfeksiyaedici maddələrlə dezinfeksiya, dezinseksiya və derotizasiya edilməlidir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

 
 

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirəni nazir Bəhruz Bayramov açıb. Diqqətə çatdırılıb ki, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Belə ki, 2021-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 36 min 879 hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur.

Ardını oxu...

 
 

Səhifə 2 > 33-dən

Joomla 1.5