Mətbuat xidməti Xəbərlər

Davamlı ərzaq təminatının yaradılmasında istixana təsərrüfatlarının əhəmiyyəti

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Proqramın qəbul olunmasında başlıca məqsəd muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəməklə bərabər, əhalini ilboyu təzə və keyfiyyətli tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. Proqrama uyğun olaraq son illər muxtar respublikanın şəhər və kəndlərində dövlət dəstəyi hesabına yeni istixana təsərrüfatları yaradılıb.

Ardını oxu...

 

Payızlıq taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsi vacibdir

Kənd təsərrüfatı bitkiləri içərisində öz qidalılıq dəyərinə görə buğda xüsusi yer tutur.Qidalanma şəraitini, alaqlara qarşı mübarizə tədbirlərini, səpin müddətini və normasını düzgün müəyyən etməklə payızlıq buğda sortlarının məhsuldarlığını və iqtisadi səmərəliliyini xeyli dərəcədə artırmaq mümkündür.Payızlıq taxılların becərilməsində, onlardan yüksək, keyfiyyətli məhsul əldə edilməsində ən vacib aqrotexniki tədbirlərdən biri də mineral gübrələrin tətbiqidir.Çünki yumşaq buğda torpağın münbitliyinə və gübrələrə qarşı çox tələbkar bitkidir.

Ardını oxu...

 
 

SEMİNAR MÜŞAVİRƏ

Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Böyükdüz kəndində torpaq mülkiyyətçilərinin iştirakı ilə “Yaz əkinlərinə hazırlıq işlərinin əkin atlaslarına uyğun aparılması” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəhim Abutalıbov çıxış edərək rayonda aqrar sahənin inkişafına göstərlin hərtərəfli dövlət dəstəyindən danışıb.

Ardını oxu...

 
 

Kartof əkininə hazırlıqla əlaqədar seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir qrup torpaq mülkiyyətçisi və ailə təsərrüfatı başçılarının iştirakı ilə “Kartof əkinlərinə hazırlığın vəziyyəti və keyfiyyətli toxum tədarükü” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirəni Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda aqrar sahənin inkişaf etdirilməsi və bu sahəyə hərtərəfli dövlət dəstəyinin göstərilməsi barədə danışıb. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov kartof əkini üçün sahələrin hazırlanması mövzusunda çıxış edərək son illərdə bu sahənin inkişafında qazanılan uğurlu nəticələrdən danışıb. Qeyd olunub ki, kartof əkinlərindən daha artıq gəlir götürmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof əkiləcək sahəyə sələf bitkiləri yığılan kimi hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahələr 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir.

Ardını oxu...

 
 

Culfa rayonunda seminar-müşavirə keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində seminar-müşavirə keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq qeyd edib ki, bu ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bu günədək rayonda 7467 hektar sahədə əkin aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri XaliqAbbasov çıxış edərək bildirib ki, dövlətin taxılçılığın inkişafı ilə bağlı gördüyü ardıcıl tədbirlərlə yanaşı, kənd təsərrüfatına azyararlı torpaqların əkin dövriyyəsinə qatılması və torpaqlardan səmərəli istifadə edilməsi,suvarma şəbəkələrinin genişləndirilməsi, məhsuldar toxum sortlarından istifadə edilməsi, intensiv becərmə üsullarına üstünlük verilməsinin nəticəsidir ki, muxtar respublikada dənli taxıl bitkilərinin istehsalı ilbəil artmaqdadır. Vurğulanıb ki, əkin zamanı üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırmaqda mühüm rol oynayır. Gübrələrin tətbiqində əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etməkdir. Nazirliyin əməkdaşı Saməddin Əsgərov havaların mülayim keçməsi ilə əlaqədar taxıl sahələrində gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirlərinin zəruriliyi və aparılması qaydaları haqqında məlumat verib. Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

 
 

Səhifə 7 > 33-dən

Joomla 1.5